DƏBƏRİŞMƏK

f.
1. Tərpəşmək, tərpəşməyə başlamaq (çoxları haqqında).
Bu qədər qışqırığa durdu qonum-qonşu tamam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölüb…ə! M.Ə.Sabir.
Paşa duruxub üzünü dəbərişməkdə olan adamlara tutdu. S.Rəhimov.

2. Biz-biz durmaq (tük haqqında).
Hacıyev cəbhədə olduğu bu aylar ərzində hələ tükünün dəbərişdiyi, biz durduğu olmamışdı. Ə.Əbülhəsən.

DƏBƏRİŞMƏ
DƏBƏRMƏ

Значение слова в других словарях