DƏF-DUMBUL

сущ. кьавалар, зуьрне-балабан (музыка манада).
DƏF³
DƏFÇALAN
OBASTAN VİKİ
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir.
Dəf Sultan məscidi
Div Sultan məscidi — İrəvanda azərbaycanlılara məxsus dağıdılmış islam dini məbədi. == Tarixi == Məscid 1515-ci ildən sonra tikilmişdir. Məscid XVII əsr fransız səyyahı Jan Batist Simeon Şardenin gündəlik qeydlərində Müqəddəs Sargis Kilsəsinin və böyük bazarın yanında, dağılmış bir məscid kimi qeyd olunur. 1673-cü ildə İrəvan şəhərində olmuş səyyah şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid barədə danışır. Qeyd edək ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir. 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi. Simeon Şarden bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır. Simeon Şardeni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (türbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb. Ehtimal olunur ki, məscid 1679-cu il İrəvan zəlzələsi nəticəsində dağılıb.

Значение слова в других словарях