dəhləmək
dəhmərləmə
OBASTAN VİKİ
Dəhliz-ilbiz siniri
== İstinadlar ==
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. == Oval pəncərə (orta qulaq) == == İlbiz pəncərəsi (orta qulaq) == == Mənbələr == İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Sonsuz dəhliz (film, 2015)
Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi. Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. == Məzmun == Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi
TRASEKA (abreviatur ing. ТRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. == Məqsədləri == Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (abreviatur ing. INSTC ) — 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulmuşdur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). == Məqsədləri == Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Qafqaz – Fars körfəzi (Qərb marşrutu); Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu); Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut). == İştirakçı ölkələr == === Azərbaycan === "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb: Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün: 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.
Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi — Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. == Layihənin məqsədi == Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. == Əsas şirkətlər == Müxtəlif layihələrdə iştirak edən əsas şirkətlər: Axpo (İsveçrə), BOTAŞ (Türkiyə), BP (Böyük Britaniya), Enagás (İspaniya), Fluxys (Belçika), LUKoyl (Rusiya), Naftiran Intertrade (Iran), Petronas (Malayziya), SOCAR (Azərbaycan), Statoil (Norveç), Total (Fransa) və TPAO (Türkiyə).
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir.Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub. Bakı limanından isə yüklər yenidən dəmir yolu vasitəsilə Gürcüstana (Poti və Batumi limanlarına), ordan Türkiyəyə (Qars və İstanbul) və ən sonda Avropa ölkələrinə daşınması planlaşdırılır.
Laçın dəhlizi
Laçın dəhlizi — 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub. Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Laçın dəhlizi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Laçın dəhlizi (film, 1993)
Laçın dəhlizi və ya Laçın keçidi — Rejissor Kuban Uğur İlhanın filmi. == Məzmun == Film Qarabağ müharibəsində Laçın dəhlizinin qorunması uğrunda aparılan mübarizədən bəhs edir. Rejissor filmdə Azəri-erməni müharibəsinin bir neçə gününü lentə almışdır. Və bunu göstərməklə heç də hər hansı bir tərəfin haqlı və haqsız olduğunu sübut eləmək istəməmiş və əsərin də elə üstün tərəfi də budur. Uğur İlhan filmdə həm də əsas rollardan birinin ifaçısıdır. Film Laçın keçidinin ermənilər tərəfindən xəyanətkarlıqla zəbt olunmasına həsr edilmişdir. Dağlıq Qarabağa ana yol bu keçiddən keçir və bu keçidin stratejik dəyərlərini bilən ermənilər də buranı necə olursa-olsun elə keçirməyə can atırdılar. Filmdə işğalın müxtəlif anları təsvir edilməkdədir. Film Türkiyə televiziyasında göstərilmişdir.
Laçın dəhlizində aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. == Zəmin == 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. == Xrolonogiya == === 12 dekabr, 1-ci gün === Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Orenburq dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. == Tarix == Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.
Suvalki dəhlizi
Suvalki dəhlizi " (ing. Suwalki Gap, pol. Przesmyk suwalski; amerikan hərbi terminologiyasında "SK dəhlizi") — Belarusu Rusiyanın Kalininqrad vilayəti ilə birləşdirən, təxminən 100 kilometr uzunluğunda olan hipotetik quru "dəhlizi"dir. Hazırda Polşanın Litva ilə sərhədi bu ərazidən keçir. Dəhlizin adı onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin adından götürülmüşdür. Suvalki dəhlizi NATO-nun xarici sərhədlərinin ən həssas hissəsi və mümkün Rusiya təcavüzü üçün ehtimal olunan hədəf hesab edilir. Belə ki, Suvalki dəhlizinin ələ keçirilməsi Baltikyanı ölkələrin ( Estoniya, Latviya və Litva) digər NATO üzvləri ilə faktiki quru əlaqəsini kəsə bilər. Ehtiyatda olan polkovnik Viktor Baranetsin sözlərinə görə, 2017-ci ildə NATO-da bəzi generallar hesab edirdilər ki, NATO-nun qüvvələr qruplaşması Suvalki dəhlizi boyunca Rusiyanın təcavüzünün qarşısını 36 saatdan 60 saata kimi dəf edə bilər. Lakin unutmaq olmaz ki, Rusiya ilə NATO arasında hərbi münaqişə olarsa ABŞ-nin yüksək dəqiqlikli silahları altı saat ərzində Rusiyanın əsas infrastruktur obyektlərini məhv edə və onu müqavimət qabiliyyətindən məhrum edə biləcək. 2017-ci ildə Litva ərazisində keçirilən "Dəmir Qurd 2017" təlimi zamanı NATO-nun doqquz ölkəsinin hərbçiləri Suvalki dəhlizinin qorunması üzrə hərbi əməliyyatlara hazırlaşdılar.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir == Ümumi məlumat == Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi. == Tarix == 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir. 10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzrətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunUR. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.
Kuvandık dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. == Tarix == Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.

Значение слова в других словарях

бетони́роваться глуби́нно культтова́ры неоцени́мость спира́ль тантье́мный менуэ́тный опублико́вываться поха́бно прокалиброва́ть разде́тый реша́ющий сказу́емостный сюрреали́ст унита́з элимини́роваться волокно мирсина constricted lutetium lyricism never-fading polyphase potboy weal