Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anar Əliyev (müavin)
Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini. == Həyat və fəaliyyəti == 1980-ci ildə Bakı şəhərində anadan olmuş; 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş; 2002-ci ildə magistr dərəcəsi almış; 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış; 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş; 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş; 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir. == Mükafatları == (19.06.2012) — Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Anar Kərimov (nazir müavini)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
BMT baş katibinin müavini
BMT baş katibinin müavini — Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavinidir. Büro Baş Katibin bir çox inzibati funksiyalarını həyata keçirmək, Katibliyin fəaliyyətinin idarə olunmasına kömək etmək və fəaliyyət və proqramların ardıcıllığını təmin etmək üçün yaradılmışdır. Bu vəzifə 1997-ci ilin sonunda Baş Məclis tərəfindən rəsmi olaraq təsis edilmişdir . Nigeriyalı Əminə Ceyn Məhəmməd, o zaman Baş Katib Antoniu Quterreş tərəfindən Baş katibin müavini təyin edildi. Məhəmməd, Quterreşin prezidentlik müddətinə 1 yanvar 2017-ci il tarixində başladığı gün başladı. == Məsuliyyətləri == Normalda Baş Katib tərəfindən Baş Katibin müavininə həvalə olunan vəzifələrə aşağıdakılar daxildir: Katibliyin fəaliyyətinin idarə edilməsində Baş Katibə kömək etmək; Baş katib olmadıqda və Baş katibin qərar verə biləcəyi digər hallarda Birləşmiş Millətlər Təşkilatının Baş qərargahında Baş Katib adından çıxış edir; Baş katibə fəaliyyətlər və proqramların sektorlararası və qurumlararası uyğunluğunun təmin edilməsində dəstək verməli və Baş katibin Birləşmiş Millətlər Təşkilatının iqtisadi və sosial sahələrdə nüfuzunun və liderliyinin artırılması, o cümlədən daha da gücləndirilməsi üçün səylər göstərilməsi Birləşmiş Millətlər Təşkilatı inkişaf siyasəti və inkişafa kömək üçün aparıcı mərkəz olaraq; Baş katibin qərar verdiyi konfranslarda, rəsmi tədbirlərdə, mərasimlərdə və digər tədbirlərdə Baş katibi təmsil etmək; Baş Katib tərəfindən müəyyənləşdirilə bilən vəzifələri yerinə yetirmək;Baş katib müavininin ofisinin direktoru Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun daimi müşahidəçisidir. == Tarixi == Kanadalı Luiza Freşett, 1998-2005-ci illərdə bu vəzifəni tutan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin birinci müavini idi. Bu vəzifəyə Baş Katib Kofi Annan tərəfindən təyin edilmiş və vəzifəsinə 2 mart 1998-ci ildə başlamışdır. 2005-ci ildə qismən cavab olaraq Freşett ABŞ-nin keçmiş Federal Ehtiyat Sisteminin sədri Pol Volkerin İraqın qida məhsulları üçün proqramını idarə edə bilməməsinə görə tənqidlərinə cavab olaraq istefasını elan etdi. 31 mart 2006-cı ilədək vəzifəsində qaldı.
Firdovsi Əliyev (nazir müavini)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev) — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
Namiq Əliyev (Nazir müavini)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad, Azərbaycan SSR) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. === Ailəsi === Ailəlidir. 2 övladı var.
Vaqif Əliyev (nazir müavini)
Vaqif Qədir oğlu Əliyev (17 iyun 1953, Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Mədəniyyət nazirinin birinci müavini(2018-2023), fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır. 1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
İsmayıl İsmayılov (nazir müavini)
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini. == Bioqrafiyası == İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. === Təhsili === 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. ==== Elmi nailiyyətləri ==== 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.. === Ailəsi === Ailəlidir, iki oğlu var. == Fəaliyyəti == 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir.
İsrafil İbrahimov (nazir müavini)
İbrahimov İsrafil Əliəkbər oğlu — siyasətçi. Qazax qəzasının 3-cü sahə polis Pristavı xalq maarif komissarının müavini == Həyat == 1897-ci ildə İrəvan quberniyası, Sürməli qəzasının Qaraqoyunlu kəndində anadan olmuşdu. 1918-ci ildən Hümmət Partiyasının üzvü olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax şəhərinin polis pristavlığında 3-cü sahənin pristavı və Ağstafada Poylu (Saloğlu) stansiyasının polis pristavı vəzifəsində xidmət etmişdi. Sovet hakimiyyəti qurulduqda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına daxil olmuşdu. 1921–1923-cü illərdə XDİK-in müavini, eyni zamanda Baş Milis İdarəsinin rəisi, 1925–1926-cı illərdə XDİK Kollegiyasının üzvü və eyni zamanda İslah Əmək Müəssisələri Baş idarəsinin rəisi olmuş, sonrakı illərdə Azərbaycan SSR XKS-də və Naxçıvan MİK-də məsul vəzifələrdə çalışmış, Şamaxı rayonu İcraiyə Komitəsinin sədri işləmişdi. İsrafil İbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuşdu. 1937-ci ildə "Şamaxı işi" üzrə Həmid Sultanovla günahkar bilinərək həbs olunmuş və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsini icra edən T.M. Borşovun (1901–1956) əmri ilə 41 yaşında güllələnmişdiİ. İbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-ci isə Azərbaycan SSR-in ilk xalq daxili işlər komissarı Həmid Sultanov (1889–1938) güllələnmişdi. == Ailəsi == İsrafil İbrahimovun Validə və Nəzakət adlı qızları vardı.
Əli Həsənov (Baş nazirin müavini)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. == Həyatı == Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 1998–2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. == Haqqında == Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır.Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi.Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması.Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.Azərbaycan dövlətinin 5 fevral 1991-ci ildə adlandırılması ilə əlaqədar olaraq qurum Azərbaycan Respublikasının Nazirlər Soveti adlandırılmışdır. 2 gün sonra, 7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti təşkil edilmiş, lakin bununla belə, Azərbaycan Respublikasının Nazirlər Soveti müvəqqəti olaraq öz səlahiyyətini saxlamışdır. 22 may 1991-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturu təsdiq edilmişdir. Bununla Nazirlər Sovetinin fəaliyyətinə son qoyulmuşdur.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. == Haqqında == Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır.Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi.Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması.Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.Azərbaycan dövlətinin 5 fevral 1991-ci ildə adlandırılması ilə əlaqədar olaraq qurum Azərbaycan Respublikasının Nazirlər Soveti adlandırılmışdır. 2 gün sonra, 7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti təşkil edilmiş, lakin bununla belə, Azərbaycan Respublikasının Nazirlər Soveti müvəqqəti olaraq öz səlahiyyətini saxlamışdır. 22 may 1991-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturu təsdiq edilmişdir. Bununla Nazirlər Sovetinin fəaliyyətinə son qoyulmuşdur.
İsrail liderlərinin müavinləri
İsrail rəhbərlərinin müavinləri (ivr. ‏סגן ראש ממשלת ישראל‏‎) — İsraildə dörd kateqoriyaya bölünür:vasitəçi baş nazir, baş nazirin müavini, vitse-baş nazir və alternativ baş nazir. Baş nazir Köməkçisi rəsmi icra vəzifələrindən çox şərəflidir, ancaq ofis sahibi kabinetdəki bir yerə sahibdir. Baş nazirin müavini rəsmi bir ofisdir. Həm Baş Nazirlər, həm də Baş nazir vəzifəsini müvəqqəti icra etmədiyi təqdirdə, Baş Nazir vəzifəsini icra edərkən müvəqqəti olaraq vəzifəsini icra edir.
Azərbaycan baş nazirinin müavinlərinin siyahısı
Azərbaycan baş nazirinin müavinlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdir, bu vaxtdan başlayaraq Azərbaycanın baş nazirinin müavinləri bu siyahıda göstərilib.
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı — Azərbaycan Respublikasının Milli Məclisinin sədarətində təmsil olunan 1 nəfər sədrin birinci müavini və 3 nəfər sədr müavinlərinin siyahısı Milli Məclisin Sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin Sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin Sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin Sədrinin müavini Milli Məclisin Sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər. Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir.
Müşavir
Müşavir — bir nazirliyin ali rəhbərliyinə daxil olan dövlət xadimi.
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant)Bu təxəllüsü olan tanınmışlarMikayıl Müşfiq — Azərbaycan şairi.Yaşayış məntəqələriMüşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Malvin adaları
Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır. == Tarix == Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər.
Marvin Gey
Marvin Pents Gey, kiçik (ing. Marvin Pentz Gay, Jr.; 2.4.1939 — 1.4.1984) — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser. Stivi Uanderlə birlikdə müasir ritm-ənd-blyuz musiqisinin ilk ifaçılarından biridir. 45 illiyinə bir gün qalmış ailə münaqişəsi zəminində atası tərəfindən odlu silahla qətlə yetirilmişdir. 1960-cı illərdə Marvin "How Sweet It Is (To Be Loved By You)" və "I Heard It Through the Grapevine" mahnıları və Meri Uells və Temmi Terrel ilə oxuduğu duetlərlə "Motown Records" səsyazma şirkətinin səsinə çevrildi. Sonradan o, "Motaunun şahzadəsi" və "Soulun şahzadəsi" ləqəblərini qazandı. 1970-ci illər ərzində o, "What's Going On" və "Let's Get It On" konsept-albomlarını buraxmış və "Motown"da öz prodüser şirkətinin buxovlarından azad olan ilk sənətçi olmuşdu. 1982-ci ildə o, "Sexual Healing" və "Midnight Love" albomlarını buraxmış, birinci albom həmin il Qremmi mükafatına layiq görülmüşdü. Marvin Gey 45 yaşının tamam olmasından bir gün əvvəl, 1 aprel 1984-da ailə mübahisəsi zamanı atası tərəfindən öldürüldü. Marvin Gey ölümündən sonra da bəzi mükafatlara layiq görülmüş, o cümlədən 1987-ci ildə Rok-n-Rol Şərəf Zalına daxil edilmiş və 1996-cı ildə isə "Ömürboyu uğurlarına görə" Qremmi mükafatı ilə mükafatlandırılmışdır.
Marvin Minski
Marvin Minski (ing. Marvin Lee Minsky; 9 avqust 1927[…], Nyu-York, Nyu-York ştatı[…] – 24 yanvar 2016[…], Boston) — Kompüter elmləri üzrə görkəmli alimlərdən biri; tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub. O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir. == Həyatı == Marvin Minski 9 avqust 1927-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Filllips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib. Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) "Neyron şəbəkələri və beyin modelinin problemi" işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skan edici mikroskopu hazırlayıb.
Marvin Plattenhardt
Marvin Plattenhardt (26 yanvar 1992) — müdafiəçi mövqeyində çıxış edən Almaniya peşəkar futbolçusu.
Yavin
Yavin, həmçinin Yavin-Praym (ing. Yavin Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet ilk dəfə 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri" filmində nümayiş olunmuşdur və geniş peyk sistemi olan böyük qırmızı qaz nəhəngi kimi təsvir edilmişdir. Üsyançılar ittifaqının gizli hərbi bazası onun dördüncü peyki olan Yavin 4-də yerləşir. Filmin sonunda Üsyançılar ittifaqı ilə Qalaktik imperiya arasında Yavin planetinin orbitində döyüş baş tutur, "Ölüm ulduzu" isə burada məhv edilir. "Ulduz müharibələri" və Əfsanələrdə bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki uydurma "Ulduz müharibələri" kainatında bu, təqvim üsullarından biridir. "Ulduz müharibələri" kainatında hadisələrin tarixi adətən YDƏ ("Yavin döyüşündən əvvəl") və ya YDS ("Yavin döyüşündən sonra") sözləri ilə qeyd edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Rinzler, J. W. The Making of Star Wars: The Definitive Story Behind the Original Film (ingilis). Ebury Press. 2008.
Melvin Belli
Melvin Muron Belli (1907–1996) - məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır == Həyatı == Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub. Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik". Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.
Melvin Kalvin
Melvin Ellis Kalvin (8 aprel 1911[…], Sent-Pol – 8 yanvar 1997[…], Berkli, Kaliforniya) — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Kimya üzrə Nobel mükafatına layiq görüldüyü Endryu Benson və Ceyms Basşamla birlikdə tanınan amerikalı biokimyaçı. Karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində keçirib. == Həyatı == Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir. 1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir. 1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Myaçin adaları
Myaçin adaları — Kara dənizində yerləşən arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. == Yerləşməsi == Ada Taymır yarımadası yaxın ərazidə yerləşir. Arxipelaq iki adadan ibarətdir. Adalar arasında məsafə 200 metrdir. == Təsviri == Cənub adası cənubdan şimala 700 m məsafədə uzanır. Eni isə 300 metrdir. Şimal adası isə dairəvi formaya malikdir. Onun diametri isə 200 metrdir. Yüksəklik yoxdur.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin “freydizmi” , Ogüst Kontun “ pozitivizmi” , Ralf Uold Emersonun “Transsendentalizmi” kimi fikirlərlə yanaşı “Postanarxizm” və “SSRİ fəlsəfəsi” kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Muaran
Muaran (fr. Moirans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38239. Kommunanın 2006-cı il üçün əhalisi 7860 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Muarrin
Müərrin (ərəb. معرين‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 159 nəfəri kişilər və 175 nəfəri qadınlar olmaqla cəmi 334 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 50 km şimali–qərbdə, Əzaz şəhərindən 3 km şimalda, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3.5 km) ərazidə, dəniz səviyyəsindən təqribən 620–670 metr hündürlükdə yerləşir. == Şərhlər == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Muaviyə
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. == Hakimiyyəti == Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Quanin
Quanin (G, Gua) nuklein turşularını formalaşdıran dörd əsasdan biridir. Digər üç əsas adenin, sitozin və timindir (RNT-də urasil). DNT-də quanin sitozinlə rabitə yaradır. Quanin nukleozidi quanozin adlanır. Quaninin kimyəvi düsturu C5H5N5O-dur. Purin törəməsidir. == Kəşf tarix == Quaninin ilk təcrid edilməsi barədə 1844-cü ildə Alman kimyaçısı Julius Bodo Unger (1819–1885), quano adı ilə tanınan və gübrə mənbəyi kimi istifadə edilən dəniz quşlarının ifrazatından əmələ gələn mineral kimi əldə etmişdir; quanin 1846-cı ildə adlandırıldı. 1882-1906 illəri arasında Fişer quruluşu təyin etdi və sidik turşusunun quaninə çevrilə biləcəyini də göstərdi.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Bulavin üsyanı
Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı. == Həyata keçirilməsi == Başçısı K.A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi. === Birinci mərhələsi === Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı. === İkinci mərhələsi === 1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. == Həyatı == Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub.1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür. S.A.Kovpakın partizan qrupunun tərkibində olan Yampolsk partizan dəstəsində "Vətən uğrunda" kəşfiyyat taqımının komandiri və kəşfiyyat bölümünün rəisi olmuşdur.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb. 2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s.
Eria suavis
Eria coronaria (lat. Eria coronaria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin eriya cinsinə aid bitki növü. == Sinonimləri == Coelogyne coronaria Lindl. (1841) (Basionym) Trichosma suavis Lindl. (1842) Eria cylindripoda Griff. (1851) Trichosma cylindropoda Griff. (1851) Eria suavis (Lindl.) Lindl.
I Muaviyə
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. == Hakimiyyəti == Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Kamil Musavi
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı və fəaliyyəti == Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur.2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır.Evlidir, iki oğlu var. == Təltifləri == "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı[mənbə göstərin] və "General Həzi Aslanov"[mənbə göstərin] medallarının laureatıdır.