DƏLƏDUZ

is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic.
Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev.
Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal.

// Sif. mənasında.
[Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev.
Biz o cür dələduz adamların gərək tamam nəslini də yer üzündən kəsək. M.S.Ordubadi.

// Söyüş mənasında.
[İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov.
Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun.

Синонимы

  • DƏLƏDUZ dələduz bax hiyləgər
  • DƏLƏDUZ fırıldaqçı — hiyləgər — bic

Антонимы

  • DƏLƏDUZ DƏLƏDUZ – DÜZ Amma dələduz nökərlə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin düz yola (Ə.Vəliyev)

Этимология

  • DƏLƏDUZ Fırıldaqçı deməkdir, ola bilsin ki, tələ və tuzak sinonimlərinin birləş­mə­sindən əmələ gəlib (yığcam, uzundraz, qıyğacı
DƏLƏ
DƏLƏDUZCASINA
OBASTAN VİKİ
Dələduzlar (film, 2014)
"Dələduzlar" — Məhərrəm Bədirzadə tərəfindən 2014-cü ildə çəkilən Azərbaycan tammetrajlı bədii iki seriyalı komediya janrlı filmi. Film Ənvər Seyidovun eyniadlı ssenarsi əsasında Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir. == Məzmun == Film həyatda ola bilən dələduzlar haqqqındadır.
Dələduzluq
Dələduzluq ən ümumi mənada aldatma məqsədi ilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır.

Значение слова в других словарях