DƏMİRYOLÇU

i. railwayman*, amer. railroadman*, railroader

DƏMİRYOL
DƏMİRYOLÇULUQ
OBASTAN VİKİ
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Məmməd Əliyev (dəmiryolçu)
Qəzənfər Əliyev (dəmiryolçu)
Əliyev Qəzənfər Kərim oğlu (26 may 1927, Gəncə – 17 iyul 1984, Kirovabad) — Azərbaycanlı "Fəxri Dəmiryolçu", Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR-i Dövlət Mükafatı Laureatı (1978), Azərbaycan SSR Ali Sovetinin deputatı (VIII, IX və X çağırışlar 1971–1984) , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. Əliyev Qəzənfər Kərim oğlu 1927-ci ilin may ayının 26-da Gəncə şəhərində anadan olub. Q.Əliyev orta məktəbi başa vurduqdan sonra Gəncə dəmir yol peşə məktəbinə daxil olub və 1945-ci ildə həmin məktəbi bitirib. 1945-ci ildən Gəncə Lokomotiv Deposunda əvvəlcə parovoz köməkçisi, sonradan 1948-ci ildən maşinist kimi əmək fəaliyyətini davam etdirmişdir. Ömrünün sonuna qədər Gəncə Lokomotiv Deposunda maşinist kimi fəaliyyət göstərib. Onun çalışdığı zaman parovozlar və teplovozlar normativ olaraq 1800 tona qədər yük daşımağa malik idi, ancaq bəzən 2500–3000 tona da catdırmaq mümkün idi. Lakin belə halda qatara yedəkçi lokomotivdə qoşulurdu. İlk dəfə, məhz Qəzənfər Əliyev öz təşəbbüsü və bacarığı nəticəsində, yedəkçi lokomotivlərdən imtina edərək, peşəkarlığı sayəsində normadan artıq yük daşınmasını təmin edərək, külli miqdarda yanacağa və dövlət vəsaitinə qənaət etmiş oldu. Bunun nəticəsi olaraq, SSRİ-nin bütün güşələrindən lokomotiv işçiləri onun iş prinsiplərini və təçrübəsini öyrənmək ücün Gəncəyə gəldilər. 1 avqust 1959-cu ildə bu nailiyyətə görə, Qəzənfər Əliyevə SSRİ-nin yüksək ordenlərindən biri "Lenin ordeni" ilə təltif edildi və "Fəxri Dəmiryolçu" adına layiq görüldü.
Əli Məmmədov (dəmiryolçu)
Məmmədov Əli Ruf oğlu (15 mart 1947, Aşağı Maralyan, Cəbrayıl rayonu) — Azərbaycan dəmiryolçusu, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010), "Şərəf nişanı" ordeni laureatı (1986), Fəxri dəmiryolçu (1994), Qarabağ müharibəsi veteranı (1991–1994), Əmək veteranı (1988)., Fərdi təqaüdçü (2017) Əli Ruf oğlu Məmmədov 15 mart 1947-ci il Azərbaycan Respublikası Cəbrayıl rayonu Aşağı Maralyan kəndində fəhlə ailəsində anadan olmuşdur. 1954-cü il tarixdə Maralyan səkkizillik məktəbinin I sinfinə daxil olmuş, 1962-ci il tarixdə həmin məktəbin VIII sinfini bitirmişdir. 1962-ci il tarixdə Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumuna daxil olur, 1966-cı ildə həmin texnikumun Hərəkətin təşkili və istismarı fakültəsini bitirir. Təhsilini davam etdirmək üçün Əli Məmmədov 1966-cı ildə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olur və 1978-ci ildə həmin institutu Dəmir Yollarının İstismarı ixtisası üzrə bitirir. İlk əmək faliyyətinə 1965-ci ilin iyun ayında Bakı Yük Stansiyasında yük-qəbul-təhvilçisi kimi başlamış və sonra Yol dəyişdiricisi vəzifəsində çalışmışdır. 1966-cı ilin noyabr ayında Keşlə Dəmiryol Stansiyasında texniki kontorunda vaqon yazan, böyük yol dəyişdiricisi, post növbətçisi vəzifələrində çalışan Əli Məmmədov üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Elə bu səbəbdən də 1968-ci ilin avqust ayında Sumqayıt Dəmiryol Stansiyasında stansiya növbətçisi vəzifəsinə təyyin edilir. 1969-cu ilin noyabr ayında Azərbaycan Dəmir Yolları İmişli hissəsinin qatar dispetçeri vəzifəsinə təyyin olunduqdan sonra İmişli hissəsində böyük mühəndis, hissə üzrə növbətçi vəzifələrində çalışır. Naxçıvan Dəmir Yolu Hissəsində Hərəkət şöbəsinin istismar üzrə müavini vəzifəsində təyin edilən Əli Məmmədov 1979-cu ilin avqust ayında Sabirabad rayonunda yerləşən Sabir stansiyasında rəis kimi əmək fəaliyyətini davam etdirir. 1987-ci ilin mart ayında Naxçıvan Dəmir Yolu hissəsinin rəisinin birinci müavini və 2004-cü ilin fevral ayından isə Azərbaycan Dəmir Yolu Daşıma Proseslərinin İdarəetmə Birliyinin rəisinin Cənub istiqaməti üzrə müavini təyyin edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. == Tarixi == 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Məmməd Əliyev (SSRİ-nin Fəxri Dəmiryolçusu)
Məmməd Əli oğlu Əliyev (9 sentyabr 1934, Dəvəçi rayonu – 3 noyabr 2004) — Dəvəçi Dəmir Yolu Stansiyasının Rəisi, "Şərəf nişanı" ordenli, SSRİ-nin fəxri dəmiryolçusu, Əmək veteranı. == Həyatı == Məmməd Əliyev 9 sentyabr 1934-cü ildə indiki Azərbaycan SSR-ə daxil olan, hazırda isə Azərbaycanın Şabran rayonu kimi tanınan Dəvəçidə. O bölgədə dərin köklərə və ənənələrə malik bir ailədə böyüyüb və atası Kərbəlayi Ustad Əli hörmətli bir şəxsiyyət olub, çünki o, evlərin və dəmir yollarının tikintisi ilə məşğul idi. Onun peşəsi yerli sakinlər arasında böyük hörmət qazanmışdı, çünki tikinti o dövrdə infrastrukturun inkişafında və icmanın rifahının təmin edilməsində mühüm rol oynayırdı. == Təhsili == 1959-cu ildə Bakı dəmir yolu texnikumuna daxil olmuş və 1963-cü ildə dəmiryolunun istismarı üzrə texnik ixtisasına yiyələnmişdir. 1964-cü ildə Rostov Dəmiryolu mühəndisləri İnstitutuna qəbul olunmuş və 1971-ci ildə dəmiryolunun istismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir, 1975-ci ildə Moskvada dəmiryol nəqliyyatı rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirmişdir. == Əmək Yolu == 1962–1968-ci illərdə keçmiş Nasosnu indiki Zeynalabdin Tağıyev qəsəbəsində dəmiryol stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 1968-ci ilin avqust ayında isə yenidən Dəvəçi Dəmiryol Stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilə qədər bu vəzifədə çalışmışdır. Beləliklə, 1950-ci ildən əmək fəaliyyətinə başlamış, sıravi dəmiryolçudan, 1962 – 2000-ci ilədək Dəvəçi stansiyasının rəisi vəzifəsinə qədər uzun bir əmək yolu keçmişdir.

Значение слова в других словарях