Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtostop (dəmiryol)
Avtostop — işıqfor və digər siqnal vasitələrinin işarəsinə görə dəmiryol qatarını avtomatik dayandıran qurğular sistemi. Maşinist yolun bağlı olduğunu göstərən işarə qarşısında qatarı saxlamadıqda avtostop rels dövrəsinin köməyi ilə qatarı avtomatik dayandırır. Bunun üçün relsin yanında induktor qoyulur və bu, yol işarə qurğusu ilə birləşdirilir. Avtostopun tətbiqi maşinistin diqqətsizliyi üzündən baş verə biləcək qəzanın qarşısını alır, işarəyə riayət olunmasını təmin edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Брылеев А. М., Поупе О., Дмитриев В. С., Кравцов Ю. А., Степенский Б. М. Устройства измерения скорости и тормозные системы подвижного состава // Автоматическая локомотивная сигнализация и авторегулировка. М.: Транспорт. 1981. 283–285. Казаков А. А., Казаков Е. А. Перегонные устройства автоматической локомотивной сигнализации // Автоблокировка, локомотивная сигнализация и автостопы (7-е изд.). М.: Транспорт.
Astara Dəmiryol Stansiyası
Astara Dəmiryol Stansiyası — Astara şəhərindən keçən Osmanlı-Astara Dəmiryolu & Astara-Rəşt-Qəzvin dəmiryolu xətti xətti üzərində dəmiryol stansiyası.
Ağstafa Dəmiryol Stansiyası
Ağstafa Dəmiryol Stansiyası — Ağstafa şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası.
Bakı Dəmiryol Stansiyası
Bakı Dəmiryolu vağzalı — Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır. == Tarixi == Vağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi. == Xətt == Poti-Bakı Dəmiryolu Bakı-Yalama Dəmiryolu Bakı-Sumqayıt qatarı Bakı şəhərətrafı dəmir yolu Bakı metropoliteni — 28 May metrostansiyası == Sitatlar == Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.
Balakən Dəmiryol Stansiyası
Balakən Dəmiryol Stansiyası — Balakən rayonunda, Bakı-Balakən dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Biləcəri Dəmiryol Stansiyası
Biləcəri dəmiryol stansiyası — Zaqafqaziyada ən böyük çeşidləmə "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu". 1900-cü ildə uzunluğu 231 km olan Dərbənd-Biləcəri dəmiryolu xətti tikilmişdr.
Dəmiryol bərəsi
Dəmiryol bərəsi — Dəmiryol qatarlarını dənizlərdən, boğazlardan keçirən gəmi. Məsələn, Bakı-Türkmənbaşı bərələri.
Dəmiryol nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryol stansiyaları
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəmiryol stansiyası

Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Bərdə Dəmiryol Stansiyası
Bərdə Dəmiryol Stansiyası — Bərdə rayonunun inzibati mərkəzi Bərdə şəhərində, Bakı–Xankəndi dəmiryolu xətti üzərində dəmiryol stansiyası. == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Albaniyada dəmiryolu
Albaniyada dəmiryolu nəqliyyatı Hekurudha Shqiptarë milli dəmir yolu şirkəti tərəfindən idarə edilir. Albaniyada dəmir yolu xətti standart reylslərdən ibarətdir - 1435 mm. == Tarix == Ölkədə 1947-ci ildə ilk dəfə standart reyslərdən istifadə etməklə Durres — Pekini xətti çəkilmişdir. Bundan əvvvəl isə enisiz dəmir yolu xəttindən istifadə edilirdi. Ölkənin yalnız Monteneqro istiqamətində beynəlxalq dəmir yollarına çıxışı vardır. Dəmir ypollarının son duracağı Bajzedir. Dəmir yolu sistemi Ənvər Xocanın diktaturası dönəmində dövlət tərəfindən dəstəklənirdi. 1947-ci ildən sonra Albaniyanın Avropa standartı tətbiq edilməsi ilə ölkənin dəmir yolu şəbəkəsinin tikintisi əhəmiyyətli bir infrastruktur layihəsinə çevrildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1987-ci ilə qədər əsas şəhər və sənaye mərkəzlərini birləşdirən 677 km uzunluğunda dəmir yolu xətti inşa edilmişdir. Bu nəqliyyat növü 1990-cı ilə qədər əsas nəqliyyat vastəsi idi.
Azərbaycanda dəmiryolu
Azərbaycanda dəmiryolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir. Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir. Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur.
Culfa Dəmiryol Stansiyası
Culfa Dəmir Yolu Stansiyası — Azərbaycan Respublikası, Culfa şəhərində yerləşən vağzal tipli beynəlxalq əhəmiyyətli dəmir yolu stansiyasıdır. = Tarix və əhəmiyyəti = Culfanın Cənubi Qafqazda mühüm geostrateji ərazidə yerləşməsi bu bölgədə dəmir yolu əsasında nəqliyyat dəhlizinin yaradılmasında xüsusi rol oynayıb. Xüsusilə keçmiş Çar Rusiyasının İranla iqtisadi əlaqələrində Culfanın əhəmiyyəti danılmaz fakt olaraq hər kəsin yaddaşında qalmışdır. Ümumilikdə Culfa Dəmir Yolu Stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi regionda şöhrət qazanmışdır. Qeyd edilməlidir ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisindən sonra Uluxanlıdan Culfaya ilk dəfə dəmir yolu xətti çəkilməyə başlanır. Uzunluğu 189 verst olan və Zaqafqaziya dəmiryollarının tərkibində mühüm hesab edilən bu xəttin çəkilişi 1908-ci il yanvarın 20-də yekunlaşdırılır. Culfa şəhərində yerləşən sinifsiz sahə tipli bu dəmir yolu stansiyası isə 1900-1905-ci illər ərzində inşa edilib, 1908-ci ildən istifadəyə verilir. Həmin ildən Uluxanlı-Culfa xətləri üzrə fəaliyyət göstərən bu stansiya o dövrdə Rusiyanın İranla əlaqələrində mühüm qovşaq kimi maraq dairəsində olur. Buna görə də 1907-ci ildə Araz çayı üzərində yeni körpü tikilir və dəmiryol xətti də bu körpüdən keçməklə İran dəmir yolları ilə birləşir. Birinci Dünya müharibəsi dövründə, daha doğrusu, 1915-ci ildə Culfa-Təbriz dəmir yolu fəaliyyətə başlayır.
Gümrü Dəmiryol Stansiyası
Gümrü (erm. Գյումրի) — Ermənistanın Gümrü şəhərində yerləşən dəmir yolu stansiyası. Stansiyada Ermənistan Dəmir yollarına aid ən böyük üç vağzaldan biri yerləşir. == İnfrastruktur == Stansiyadan keçən dəmir yol xəttləri: 1) Armavir, Masis və İrəvan xətti; 2) Vanadzor, Ayrum və Tiflis Dəmiryol Stansiyası (Gürcüstan); 3) Artik, Penzaşem və Maralik xətti; 4) Axuryan, Doğuqapı, (Türkiyə) və Qars (Türkiyə).Hazlrda dörd xətdən üçü fəaliyyət göstərir. Biri isə siyasi səbəblərdən bağlıdır. Gümrü-Qars xətti istisna olmaq şərti ilə Ermənistanın bütün xətləri elektrikləşdilmişdir. Türkiyə Ermənistanın işğalçı mövqeyi ilə əlaqədar bu xətti qapalı saylayır. Stansiya İrəvan Dəmiryol stansiuasından sonra ölkənim mühüm ikinci stansiyasıdır. Dörd istiqamətdə xətlərə sahibdir. Burada Gümrü lokomotiv deposu və Gümrü vaqon deposu yerləşir.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Hacılı Dəmiryol Stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Aşağı Yağləvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Kaunas dəmiryol tuneli
Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli. == Təsviri == Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir. == Tikinti tarixi == 20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir.
Keşlə Dəmiryol Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası.1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Klaypeda Dəmiryol Stansiyası
Klaypeda Dəmiryol Stansiyası (lit. Klaipėdos geležinkelio stotis)- "Lietuvos Geležinkeliai" ("Litva dəmir yolları") şirkəti tərəfindən istismara verilən dəmiryol stansiyasıdır. Litva Dəmiryolu Şirkətinin əsas stansiyalarından biridir. Dəmiryol stansiyası Qərbi Litvada yerləşir. Vağzalın binası Klaypedanın şimal hissəsində yerləşmişdir. Stansiya Klaypeda Dəniz limanın yaxınlığında yerləşir. Liman Litvanın əsas dəniz limanıdır. Dəmiryol stansiyası ilə Belarus, Rusiya və Ukraynadan Litvaya yüklər gətirilir. == Tarixi == Klaypeda Dəmiryol Vağzalı iki binadan ibarətdir. Birinci bina köhnə dəmiryol vağzalıdır.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası. == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Mincivan Dəmiryol Stansiyası
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Müsüslü Dəmiryol Stansiyası
Müsüslü Dəmiryol Stansiyası — Ucar rayonunda dəmiryol stansiyası. == Tarixi == Müsüslü stansiyası Ucar rayonunun eyniadli inzibati ərazi vahidində dəmiryolu stansiyasıdır. Stansiya Müsüslü kəndinin yanında yerləşdiyinə görə belə adlandırılmışdır. Dəmiryolu stansiyasının yaxılığında qəsəbə də vardır.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2016)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2017)

Ankara Dəmiryolu Stansiyası
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır.
Astara-Rəşt-Qəzvin dəmiryolu
Astara-Rəşt-Qəzvin dəmiryolu — tikilməkdə olan, Rusiya, Azərbaycan və İran dəmiryollarını birləşdirəcək şimal → cənub istiqamətində beynalxalq nəqliyyat layihəsinə aid bir dəhlizdir. Bu dəmiryolu dəhlizi vasitəsilə Azərbaycan Astarası İran Astarası ilə birləşmiş olacaqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycanda dəmiryolu işçilərinin peşə bayramı günü
"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" — Azərbaycan Respublikasında hər il 13 oktyabrda qeyd olunan dəmir yolu nəqliyyatının bütün işçilərinin peşə bayramı.Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir "Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü"də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC yaradıldı və o, tam olaraq dövlət mülkiyyəti hesab edilməyə başlandı, nizamnamə 2010-cu il fevralın 15-də Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqləndi.İldən asılı olaraq altı-bazar günlərinə düşmürsə, "Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" qeyri-iş günü hesab edilmir.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. == Tarixi == === 1874-ci il körpüsü === Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. === 1917-ci il körpüsü === Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Bakı-Batum Dəmiryolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. == Dəmiryolunun çəkilməsi == Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Bakı-Dərbənd dəmiryolu
Bakı-Dərbənd dəmiryolu — Bakını Dərbəndlə birləşdirən dəmiryol xətti. == Məlumat == Mərkəzi Rusiyanı Qafqazla birləşdirən dəmiryolu magistralının inşasına dair təklif və layihələr XIX əsrin 50-ci illərində irəli sürülməyə başlasa da, bu sahədə ilk addım Moskvadan Krıma doğru inşa edilən dəmiryolu üzərindəki Taqanroq stansiyasından Rostova xətt çəkilməsi oldu. 1872-75-ci illərdə isə Rostov-Vladiqafqaz dəmiryolu çəkildi. Bu yolu inşa etmiş Vladiqafqaz Dəmiryolu Cəmiyyəti Vladiqafqaz-Petrovsk dəmiryolunu çəkməyə başladı və 1894-cü ildə onu rəsmən istifadəyə verdi. XIX əsrin 90-cı illərində Bakının və bötüvlükdə Cənubi Qafqazın dəmiryolu vasitəsilə birbaşa Mərkəzi Rusiya ilə birləşdirilməsi dövlət əhəmiyyətli tədbir kimi qarşıya qoyuldu. Bunu nəzərə alan Çar Hökuməti 1896-cı ildə Port-Petrovsk-Dərbənd xəttinin, 1897-ci ildə isə Dərbənd-Bakı xəttinin inşasına icazə verdi. Vladiqafqaz Dəmiryolu Cəmiyyəti hər iki dəmiryolu xəttinin tikintisinə başladı. 1905-ci il aprelin 5-də Port-Petrovsk-Dərbənd (uzunluğu 130 km), iyulun 15-də isə Dərbənd-Bakı (uzunluğu 231,5 km) dəmiryolu xətləri istifadəyə verildi. Bakı-Port-Petrovsk dəmiryolu magistralının Biləcəri-Dərbənd sahəsində 11, Dərbənd-Petrovsk sahəsində 5 stansiya inşa edildi, həmçinin qatarlara texniki xidmət, parovoz və vaqonların cari təmiri və sazlanması üçün Biləcəri, Dərbənd və Port-Petrovskda dövriyyə depoları yaradıldı. Bakı-Dərbənd-Port-Petrovsk dəmiryolunun işə salınması ilə Cənubi Qafqaz dəmiryolu Ümumrusiya dəmiryolu şəbəkəsinə qoşuldu, Azərbaycanın və bütövlükdə, Cənubi Qafqazın sərvətlərinin ucdantutma Mərkəzi Rusiyaya daşınması başlandı.
Bakı-Tbilisi-Qars dəmiryolu
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb. Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti

Bakı-Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi.XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı.Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Bakı-Tiflis-Qars dəmiryolu xətti

Bakı dəmiryol vağzalında terror aktı (1994)
Bakı dəmiryol vağzalında terror aktı — 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında törədilmişdir. == Nəticəsi == Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
Bakı–Tbilisi dəmiryolu
Bakı-Tbilisi dəmiryolu — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli marifçi-demokrat Həsən bər Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi.XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı.Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Budapeştdə dişçarxlı dəmiryolu
Budapeştdə dişçarxlı dəmiryolu — rəsmi olaraq «60 nömrəli tramvay xətti» adlanır. Macarıstanın paytaxtı Budapeştin Buda hissəsindəki bir dişçarxlı dəmiryoludur. Xətt 60 nömrəli tramvay xətti kimi şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiya olunmuşdur. Uzunluğu 3,7 kilometrdir (2.3 mil). 1874-cü ildə açılmışdır. Dəmir yolu, şəhər tramvayI və metro xətlərini də işlədən BKV tərəfindən idarə olunur. Bütün il boyu saat 05:00-dan 23:00-a qədər işləyir. Budapeşt ictimai nəqliyyat sisteminin tam inteqrasiya edilmiş bir hissəsi kimi standart biletdən istifadə edə bilinir. Varosmajor terminalı, eyni adlı Budapeşt tramvay dayanacağına bitişikdir və Széchenyihegy terminalı, eyni adlı Budapeşt uşaq dəmir yolu dayanacağından 250 metr (820 fut) məsafədədir. == Tarixi == 1868-ci ildən başlayaraq Budapeştdə Budai Közúti Vaspálya Társaság (~ Buda İctimai Nəqliyyat Dərnəyi) tərəfindən mütəmadi olaraq həyata keçirilən ata yürüşləri olurdu.
Böyük Kəsik Dəmiryol Stansiyası
Böyük Kəsik Dəmiryol Stansiyası — Ağstafa rayonunda, Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Dəmiryolu
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı

Kosovoda dəmiryolu
Kosovoda dəmiryolu — Kosovo Respublikasında nəqliyyat sisteminin əsas tərkib hissələrindən birini təşkil edir. Ölkədə dəmir yollarının ümumi uzunluğu 333 km-dir. Reylslər arasında məsafə 1435 mm genişlikdədir. Qismən tanınmış Kosovo Respublikası dəmir yollarına ölkənin mülkiyyəti kimi baxır. Trainkos şirkəti Kosovo dəmir yollarının operatorudur. == Tarixi == Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska Mitrovisa istiqamətində olmuşdur. Bu Kosovo regionunda dəmir yolunun inkişafı üçün başlanğıc olmuş və region iqtisadiyyatında mühüm rol oynamışdır. 1934-cü ildə bu xəttin müxtəlif qolları inkişaf etdirilmişdir. 1934-cü ildə Kosovo Mitrovisa - Leşak, 1936-cı ildə Kosovo-Pole - Reç, 1949-cü ildə Priştina - Poduevo - Livadisa, 1963-cü ildə isə Klin - Prizren xətləri çəkilmişdir. 1990-cı illərə qədər dəmir yolları Yuqoslaviyanın idarəsində olmuşdur.
Monteneqroda dəmiryolu
Monteneqroda dəmiryolu — Monteneqroda mövcud olan nəqliyyat sahələrindən biri. Ölkədə olan dəmiryollarının ümumi uzunluğu 250 km-dir (bunun 162 km elektrikləşdirilmişdir). Relslər arasında məsafə 1435 mm-dir. Dəmiryolu xətlərində ümumilikdə 121 tunel vardır ki, bunlarında ümümi uzunluğu 58 km-dir. Dəmir yolu Monteneqro nəqliyyat sistemində böyük rol oynamır və sərnişin daşımada isə zəif şəkildə iştirak edir.. Ölkədəki dəmir yolu infrastrukturunu, sərnişin daşımalarını, yük daşınmasını və dəmir yolunun saxlanmasını müstəqil idarə olunan dörd ayrı şirkət vardır. Sərnişin daşımaları «Monteneqro dəmiryolları» dövlət şirkəti tərəfindən idarə edilir (mont. Жељезница Црне Горе / Željeznica Crne Gore). Montecargo isə Monteneqronun daxilində yük daşımalarını idarə edən bir şirkətdir. Üstəlik ölkədəki yük vaqonları və yük lokomotivlərinin istismarını da təşkil edirlər.
Qırğızıstanda dəmiryolu
Qırğızıstanda dəmir yolu nəqliyyatı — respublika daxilində bir-biri ilə əlaqəsi olmayan və SSRİ-nin dağılmasından əvvəl onun vahid dəmir yolu şəbəkəsinin bir hissəsi olan, bir-birindən fərqli olan bir neçə hissədən ibarətdir. Müasir Qırğızıstan ərazisində ilk dəfə dəmir yolu 1924-cü ildə meydana çıxmışdır. == Tarix == Qırğızıstanın müstəqilliyi dövründə gənc respublikanın dəmir yolu şəbəkəsi SSRİ-dən miras qalan daxili birgə xətləri olmayan bir neçə hissədən ibarət idi. Bunlar marşrutların son dərəcə qısa hissələridir: Fərqanə - Qızılkiya, Qarasu - Oş, Xanabad - Cəlalabad - Kok-Yanqak, Üçqurqan - Taş-Kumır. Bu hissəslər Qırğızıstanın cənubunu Fərqanə Vadisinin şəhərləri ilə birləşdirir. Bundan əlavə Çaldovar - Bişkek - Rıbaçye (İssık-Kul) xətləri isə Qırğızıstanın şimal şəhərlərini Cənubi Qazaxıstanla birləşdirir. 1994-cü ildə şəbəkənin pozulmasını aradan qaldırmaq üçün Trans-Qırğızıstan dəmir yolu Balıkçi - Koçkor - Cəlal-Abad dəmir yolu layihəsinin həyata keçirilməsinə qərar verilir. 1998-ci ildə başlayan inşaat qısa müddətdə kəsilir. Layihə 2000-ci ildə nəhayət bağlanılır və stansiyaların və yolların yalnız yarımçıq qalmış hissələri qalır. 1996-cı ildən bəri Çin-Qırğızıstan-Özbəkistan ("CKU") dəmir yolunun (Qırğızıstan dəmir yollarının cənub hissəsindən) mümkün tikinti planı müzakirə edilir.
Türkiyədə dəmiryolu
Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008). == Tarix == Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır. 1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir. Konya - Bağdad 2.424 km, 1.435 mm. İzmir - Kasaba 695 km, 1,435 mm. İzmir - Aydın 610 km, 1,435 mm. Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Türkmənistanda dəmiryolu
Türkmənistanda dəmir yolu — nəqliyyatı 1880-ci ildən bəri istifadə olunur. Başlanğıcda Transxəzər Dəmir Yolunun, sonra Orta Asiya Dəmir Yolunun bir hissəsi olur. Sovet İttifaqının dağılmasından sonra Türkmənistandakı dəmir yolu şəbəkəsi dövlətə məxsusdur və Dəmiryolları ASC tərəfindən idarə olunur. Dəmir yollarının ümumi uzunluğu 3550.9 km-dir (2012). Elektrikli yollar yoxdur. Türkmənabad - Aşqabad - Türkmənbaşı (Krasnovodsk) xətti qismən cüt zolaqlıdır. Aşqabad, Qazandciq, Türkmənbaşı, Məryəm, Türkmənabad, Amudarya və Daşoğuzda lokomotiv depoları vardır. Türkmənistan dəmir yollarının sərnişin trafiki, qatarların Tacikistandan Özbəkistana keçid və daha sonra keçəcəyi hissələr istisna olmaqla, ölkənin dövlət sərhədləri ilə məhdudlaşır. Lokomotiv parkı 2TE10L, 2TE10U, 2M62U seriyalı dizel lokomotivlərdən ibarətdir, həmçinin Çin istehsalı olan bir neçə CKD9A və Qazaxıstan istehsalı TE33A lokomotivləri mövcuddur. Manevr işləri TEM2, TEM2U, ChME3 lokomotivləri tərəfindən həyata keçirilir.
Təkrelsli dəmiryolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. == Tarixi və texnikası == Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. == İstinadlar == == Əlavə ədəbiyyat == Адасинский С. А. Городской транспорт будущего.
Vladiqafqaz dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyasında özəl dəmir yolu. 1875-1885-ci illərdə Rostov-Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti, 1885-1918-ci illərdə Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti adlandırılıb. Yol Kuban, Terek, Dağıstan, Don qoşunları, Qara dəniz, Stavropol, Həştərxan, Saratov vilayətlərinin ərazisindən keçirdi. == Tarixi == Rostov-Vladiqafqaz dəmir yolu səhmdar cəmiyyətinin nizamnaməsi 1872-ci ildə təsdiq edilmişdir. Səhmdarlara iri kapitalın nümayəndələri: A.İ.Putilov, A.İ.Vışneqradski, A.A.Davıdov, çar ailəsinin üzvləri, saray aristokratiyası daxil idi. Vladiqafqaz dəmir yolunun Yekaterinodar və Tixoretski hissələrinə rəhbərlik etmiş Teraşkeviç qardaşları haqqında məlumat var. Texnoligiya mühəndisi İosif İosifoviç Teraşkeviç Yekaterinodar deposunun (Yekaterinodar), texnoloji mühəndis Ludoslav-Severin İosifoviç Teraşkeviç isə Tixoretsk emalatxanalarının rəisi idi. Yolun baş idarəsi Sankt-Peterburqda, yolun idarəsi isə Rostov-na-Donuda olub. Yol Rusiyada ən gəlirli yollardan biri idi. Tikinti Voljsko-Kamski Bankının kreditləri hesabına maliyyələşdirilib.
Zaqafqaziya dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyası və SSRİ dövründə Cənubi Qafqazda fəaliyyət göstərmiş dəmiryolu xətti. Dəmiryolu xətti Gürcüstan, Azərbaycan və Ermənistan ərazisindən keçirdi. 1967-ci ildə yolun Azərbaycan SSR ərazisində yerləşən hissəsi Zaqafqaziya yolundan ayrılaraq, müstəqil Azərbaycan Dəmir Yolları idarəsinin tabeliyinə verildi. SSRİ dağıldıqdan sonra 1990-cı illərdə Ermənistan dəmir yollarına və Gürcüstan dəmir yollarına bölünmüş, bir hissəsi Azərbaycan Dəmir Yollarının tabeliyinə keçmişdir. == Tarixi == === İnşası === Yolun inşasına 1865-ci ildə Poti-Tiflis dəmiryolunun tikintisi ilə başlanılmışdır. Dəmiryolunun Poti-Zestafoni hissəsi 14 avqust 1871-ci ildə açılmışdır. Bütün xəttin istismara verilməsi isə 1872-ci ildə baş tutmuşdur.Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar limanlara neft ixracına ehtiyac yaranırdı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı. Lakin Rusiya hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı.
Dəmiryolu stansiyası