DƏNLİ

sif. k.t. Dəni çox və yaxşı olan. Dənli sünbül. Bu taxıllar çox dənlidir.
– …Çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi. Ə.Məmmədxanlı.

□ Dənli bitkilər – məhsulu dən şəklində olan kənd təsərrüfat bitkiləri (buğda, arpa, qarğıdalı, çovdar və yulaf).
DƏNLƏTMƏK
DƏNLİK
OBASTAN VİKİ
Dənli bitkilər
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır: Taxıl cinsinə mənsub olan dənli bitkilər. Bunlar 2 yarımqrupa ayrılır: a) əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; b) darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı; Qarabaşaq bitkisi; Paxlalı dənli bitkilər – noxud, nut, lobya, mərci, lərgə, paxla və soya. Bütün dənli bitkilərin tərkibində fermentlər vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolu var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu istehsal etmək olar. Karbohidratlar – miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yeri tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir.

Значение слова в других словарях