DƏST-PAÇA

is. [ fars. ] köhn. Təlaşa düşmə, tələsmə, iztirab, çapalama.
// Zərf mənasında. Təlaş içində, həyəcanlı bir halda, özünü itirmiş halda.
Bu halda qalmaqaldan … Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damda yuxudan oyanıb dəst-paça, köynəkcək Müsyö Jordanın səsinə yüyürdülər. M.F.Axundzadə.

□ Dəst-paça olmaq – iztiraba düşmək, əl-ayağa düşmək, təşvişə düşmək, təlaşa düşmək.
O teleqramda nə var ki, həzrəti-vala bu cür dəst-paça oldular? P.Makulu.

DƏST-XƏTT
DƏSTAN
OBASTAN VİKİ
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Kəllə-paça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.

Значение слова в других словарях