Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neja Bidouane
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. == Bioqrafiya == Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Həjar Şamiloğlu
Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir. == Həyatı == Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir.
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. == Tarixi == Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Rəşad Nadirov
Rəşad Nadirov (hərbçi) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi.
Rəşad Niftalıyev
Rəşad Şakir oğlu Niftalıyev (d. 19 avqust 1993; Zəngilan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəşad Niftalıyev 1993-cü ilin 19 avqust günündə Zəngilan rayonunda anadan olub. == Hərbi xidməti == Əsgər Rəşad Niftalıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Rəşad Niftalıyev doğulduğu Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Niftalıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rəşad Novruzov
Rəşad Elşad oğlu Novruzov (3 aprel 2002; Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Novruzov 3 aprel 2002-ci ildə anadan olmuşdur. Əslən Sabunçu rayonunun Maştağa qəsəbəsindəndir. 255 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == Rəşad Novruzov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Novruzov 9 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Nuriyev
Rəşad Nuriyev — Azərbaycan operatoru. == Həyatı == 1981-ci il 13 oktyabrda İsmayıllı şəhərində dünyaya gəlib. 1988-ci ildən 283 saylı məktəbdə ibtidai təhsilə başlamış, daha sonra isə orta təhsilini Ə. ƏLƏKBƏROV adına 244 saylı məktəbdə davam etdirmişdir. 1998 - 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və Kino sənəti" fakültəsinin kinooperator ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2004-cü illərdə Lider TV-də operator vəzifəsində çalışmış, "Azərbaycan" redaksiyasında çəkilən bədii-sənədli filmlərin bir çoxunun operator müəllifidir. Daha sonra, "Azərbaycanfilm" kinostudiyasında kinorejissor Eldar Quliyevin çəkdiyi "Girov" tammetrajlı bədii filminə dəvət alaraq peşəkar fəaliyyətini davam etdirmişdir. Kinostudiyada çəkilən "Günaydın mələyim", "Ölüm növbəsi", "İki sahil" bədii filmlərdə operator kimi çalışmışdır. 2013-cü ildən 2020-ci ilə qədər Bakı Media Mərkəzində çalışmış, bu illər ərzində tarixi araşdırma sənədli-dədii filmlərin, bir çox sosial və kommersiyal çarxların quruluşçu operatoru olmuşdur. Yatadıcılıq fəaliyyətinə başladığı ilk illərdən dövlət mükafatlarına və diplomlarla təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Rəşad Nəbiyev
Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Bakı) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021), Azərkosmos ASC-nin sədri (2011–2021). == Karyera == 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır. 2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir. == Təhsil == 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir. == Təltiflər == Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Rəşad Nəsirov
Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sabiq sədr müavini. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri (2023-h.h.). == Həyatı == Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub. 24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Rəşad Qasımlı
Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Rəşad Qasımov
Rəşad Muxtar oğlu Qasımov — Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri. == Həyatı == Rəşad Qasımov 27 may 1983-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İmir kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində yerləşən 34 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünas ixtisası qrupuna daxil olmuşdur. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında, eyni zamanda IV və V Beynəlxalq Audiovizual Festivallarda koordinator, prodüser, icraçı direktor vəzifələrində çalışıb. Həmin müddətdə "Azərbaycanfilm" və "Mozalan" studiyalarının istehsal etdiyi bir sıra filmlərdə çalışıb. Bir çox audiovizual əsərlərdə prodüser kimi fəaliyyət göstərmişdir. 2005-ci ildə alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində prodüser kimi fəaliyyət göstərmişdir. “İmper Qrup” Prodüser Mərkəzinin təsisçilərindən biri olmuşdur.
Rəşad Quliyev
Rəşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Rəşad Quliyev (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi.
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəşad Rafiqoğlu
Rəşad Rafiqoğlu — azərbaycanlı idman jurnalisti, İdman Azərbaycan Televiziyasının aparıcısı. == Biografiya == Rəşad Rafiqoğlu 1980-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini "Bakı Özəl Türk Liseyi"-ndə aldıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Hələ tələbəlik illərində ölkənin bir sıra idman nəşrləri ilə əməkdaşlıq edib. Müxtəlif vaxtlarda "İdman", "Olaylar", "Futbol+qol", Çempion" qəzetlərində işləyib. 2001-ci ildə ANS Yayım və Media Şirkətində redaktor assistenti vəzifəsində, 2002-ci ildən 2004-cü ilə qədər ATV telekanalında Xəbərlər Xidmətinin İdman bölməsində çalışıb. 2005-ci ildən 2006-cı ilədək "Çempion" qəzetində işlədikdən sonra 2006-cı ilin avqustundan Azərbaycan Televiziyasında çalışmağa başlayıb. Hazırda Azərbaycan Televiziyası və İdman Azərbaycan Televiziyası kanalında şef redaktor vəzifəsində işləyir. Müxtəlif vaxtlarda Azərbaycan Televiziyasında efirə gedən bir sıra maraqlı verilışlərin aparıcısı və müəllifi olub. Hazirda isə İdman Azərbaycan kanalında "Premyer-Liqa" və "Avrofutbol" verilişlərinin aparıcısidir.
Rəşad Rəhimov
Rəşad Rəhimov (fizik) — azərbaycanlı alim. Rəşad Rəhimov (leytenant) — azərbaycanlı hərbçi.
Rəşad Sadiqov
Rəşad Sadiqov (8 oktyabr 1983, Yengicə, İliç rayonu) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hal-hazırda Qəbələ klubunda çıxış edir. == Həyatı == Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib. Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. == Tarixi == 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Nepal
Nepal (nepal. नेपाल) və ya rəsmi adı ilə Nepal Federativ Demokratik Respublikası (nepal: सङ्घीय लोकतान्त्रिक गणतन्त्र नेपाल) – Cənubi Asiyada dövlət. Nepal Himalay dağlarının ətəklərində yerləşir. Şimalda Çin, cənub, qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Katmandu şəhəri, ümumi sahəsi 147,181 kvadrat kilometrdir. Ölkənin sərhədləri daxilində dünyanın ən yüksək zirvəsi olan Everest yerləşir. == Tarixi == Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu. İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı.
Netcad
Netcad ümumi məqsədli bir CAD (Kompüter Dəstəkli Dizayn) ve GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır. Güclü, sınanmış və beynəlxalq standartlarda tək milli CAD və GIS proqramdır. Netcad üzərində 30 a yaxın təməl tətbiq inkişaf etdirilmişdir. 2007 ili etibarı ilə təxminən 5000 İstifadəçi və 15000 Netcad lisansı və çalışmaqdadır. Məhsulu inkişaf etdirən ULUSAL firmasının 125 adamın üzərində çalışanı olub firmanın Ankara və İstanbulda ofisləri mövcuddur. www.netcad.az Arxivləşdirilib 2019-09-11 at the Wayback Machine www.netcad.com www.netcad.com.tr www.netcadportal.com Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine saytlarından firma və xidmətləri haqqında daha geniş məlumat alına bilər. Xüsusi sektorun böyük əksəriyyəti, cəmiyyət təşkilat və quruluşlarının əlaqədar vahidlərinin böyük əksəriyyəti netcad istifadə etməkdədir. Netcad; Universitetlərimizin Xəritə, İnşaat, Planlama, Geologiya mühəndisliyi hissələrində dərs olaraq oxudulmaqdadır. == Məhsullar == NETCAD geniş yelpikdə peşəkar mühəndislik həlləri təqdim edən milli qaynaqlarla çıxarılmış bir CAD və GIS proqramıdır. Netcad 5.0 GIS; bütün Netcad modullarının üzərində işlə/çalışdığı təməl və ortaq funksiyalarının iştirak etdiyi, güclü sınanmış, beynəlxalq standartlarda tək CAD (Kompüter Dəstəkli Dizayn) və GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Beja
Beja (port. Beja) — Portuqaliyada şəhər. == Tarixi == Bu gün Beja adını daşıyan və Portuqaliyanın aşağı Aləntejo bölgəsində, Lissabonun cənubi-şərqində olan Beja şəhərinin tarixi çox əskilərə getməkdədir. Romalılar dövrindəki adı Pax Juiia olub İslam fəthindən sonra bu ad müsəlmanlar tərəfindən Bacə şəklinə çevrilmişdir. Bacə fəth edildikdən sonra Əndülüsün əsgəri mərkəzlərindən biri halına gətirildi və Tarik bin Ziyad buraya Misirli əsgərləri yerləşdirdi. Əndülüs Əməvi hökmdarı I Əbdürrəhman zamanında Ala bin Mugis, Abbasi xəlifəsi Mənsurla iş birliyi yaradaraq Bacədə bir üsyan başlatdıysa da, Karmunədə (Carmona) Əbdürrəhmana yenilərək öldürüldü (146/7631 və Bacəyə də Fələstinli əsgərlər yerləşdirildi. Tarixi boyunca bir çox qarışıqlığa səhnə olan Bacə 844-cü ildə dənizdən gələn vikinqlərin hücumuna uğradı. Daha sonra məhəlli liderlər mərkəzi yönətimə qarşı çıxmağa başladılar və bölgənin önəmli ailələrindən Tayfurilər bir müddət burada hökmran oldular. Şəhər 1040-cı ildə İşbiliyədə (Sevilla) hökm sürən Abbadilərin əlinə keçdi. 1161-ci ildə Portuqaliyalılar tərəfindən zəbt edilən Bacəyə ardından Müvahhidlər hakim olduysa da (1171) qısa bir müddət sonra şəhər təkrar və son dəfə Portuqaliyalilərin əlinə keçdi.
Böyük Nefud
Böyük Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının şimalında yerləşən səhra. Səhra 290 km uzunluğa, 225 km enə malikdir. Səhranın sahəsi 103 600 km² təşkil edir. Böyük Nefud səhrası özünün qəfil güçlü küləkləri ilə məşhurdur. Səhranın qumları qırmızıdır. Böyük Nefud Rub-əl-Xali və Dəhnə səhraları ilə birləşir. Akaba şəhərini ələ keçirməzdən öncə ərəb üsyançılarının başçısı Auda ibn Tayi limana zəif qorunan hissədən türk ordusuna hücum təşkil edir. Bu ordu Böyük Nefud səhrasını keçdikdən sonra çətinliklə şəhərə yaxınlaşmışdırlar. Tomas Edvard Lourens Auda ibn Tayi Akabaya hücum etməyə inandıra bilir.
HAL Tejas
HAL Tejas (Sanskritcə: तेजस) Hindustan Aeronautics Limited şirkəti tərəfindən Hindistan Hərbi Hava Qüvvələrini təmin etmək məqsədilə hazırlanmış çoxməqsədli qırıcıdır. Təyyarə artıq köhnəlmiş MiQ-21 qırıcılarının yerini alması məqsədilə hazırlanmışdır. İlk uçuşunu 2001-ci ildə həyata keçirmiş və 2015-ci ildə Hindistan HHQ-də silahlanmaya qəbul olunmuşdur. Təyyarə, həmçinin birləşmiş formada olan delta qanad dizaynına sahibdir.
Henderson (Nevada)
Henderson - ABŞ-nın Nevada ştatında şəhər.
Le-Nerak
Le-Nerak (fr. Le Nayrac, oks. Lo Nairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12172. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 31 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 571 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 287 yaşda olan insanlar (15-64 yaş) arasında 207 nəfər iqtisadi cəhətdən fəal, 80 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 69.7%).
Metyü Seyad
Matye Syed (2 noyabr 1970) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matye Syed Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Matye Syed Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.