DƏYİŞKƏNLİK

сущ. дегиш хьун, гзаф ва фад-фад дегиш жедай хесет; сабит туширвал.
DƏYİŞKƏN
DƏYİŞMƏ
OBASTAN VİKİ
Dəyişkənlik
Dəyişkənlik — irsi əlamətlərin dəyişməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Dəyişkənlik (biologiya)
Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir.İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs., bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji dəyişkənliyin meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur.

Digər lüğətlərdə

винче́стерный ка́девый о́спа отродя́сь пришпо́ривать сеголе́тки сосу́нчик ту́грик худо́жник арми́рование взду́ться выкобе́ниваться дезинфици́рование деспоти́чность заки́нуть слово подда́ть пре́жний строга́ч широча́йший conference table flying fox parget-work unswear материальный уцелеть