dəyişməzlik
dəymədağıldı 2021
OBASTAN VİKİ
Dəymədağlı
Dəymədağlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Dəymədağlı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Dəymədağlı (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Dəymədağlı (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Dəymədağlı (Bərdə)
Dəymədağıldı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Dəymədağıldı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dəymədağlı (Oğuz)
Dəymədağlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir. == Etimologiyası == Mənbələrdə kəndin adının Qarabağın elat tayfalarından biri olan Kolanı tayfasının Dəymədağlı qolunun bu ərazidə məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur. Tayfa oz adını Zəngəzurdakı Dəymədağlı kəndinin adından götürmüşdür. Kəndin yaşlı sakinləri əcdadlarının Qarabağ mənşəli olduqlarını, bu əraziyə Nadir şahın Qarabağın elat tayfalarına qarşı cəza tədbirlərindən qaçdıqları zaman gəldiklərini bildirirlər. Digər bir ehtimala görə kəndin keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur.
Dəymədağlı (Qafan)
Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim kəbirli türk tayfasına mənsub dəymədağıldılar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur.
Dəymədağlı (Qax)
Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunda kənd. == Toponimikası == Oykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşayır.
Dəymədağlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəymədağıldı
Dəymədağıldı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Dəymədağıldı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dəymədağıldı (Bərdə)
Dəymədağıldı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Bəzən Dəymədağlı variantında işlənir. Tədqiqatçıların ehtimalına görə, oykonim XIX əsrdə Cavad qəzasında yaşamış kəbirlilərin arıqməhəmmədli tayfasının eyniadlı tirəsinin adı ilə bağlıdır. 16 ailədən ibarət olan bu tirə Ağburun adlı yerdə yaşamışdır. XIX əsrdə Azərb.-da bu tirənin adını daşıyan 6 kənd olmuşdur.
Dəymədağıldı (Nir)
Dəymədağıldı (fars. دگمه داغيلدي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2023-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (8 ailə).
Dəymədağıldı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəymədərə
Dəymədərə — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oronim dəymə (mal-qaranın saxlandığı yer) və dərə (mənfi relyef forması) komponentlərindən düzəlib, "mal-qara saxlanan dərə" mənasındadır. == Çoğrafiyası və iqlimi == Çay Dəymədərəçayın (Qalaçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 20 km cənub-şərqdə, Padar kəndinin 4 km şərqində, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 538 nəfər yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir. == Mədəniyyəti == Kənddə klub, kitabxana və 50 nömrəlik ATS mövcuddur. == Təhsil == Kənddə orta məktəb fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi var.

Значение слова в других словарях