Dəymədərə
Dəymədərə — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
== Toponimikası ==
Oronim dəymə (mal-qaranın saxlandığı yer) və dərə (mənfi relyef forması) komponentlərindən düzəlib, "mal-qara saxlanan dərə" mənasındadır.
== Çoğrafiyası və iqlimi ==
Çay Dəymədərəçayın (Qalaçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 20 km cənub-şərqdə, Padar kəndinin 4 km şərqində, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 538 nəfər yaşayır.
== İqtisadiyyatı ==
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir.
== Mədəniyyəti ==
Kənddə klub, kitabxana və 50 nömrəlik ATS mövcuddur.
== Təhsil ==
Kənddə orta məktəb fəaliyyət göstərir.
== Səhiyyə ==
Kənddə tibb məntəqəsi var.