Dəymədərə

DəymədərəAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Dəymədərə
40°56′50″ şm. e. 47°33′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 405 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 538 nəf. (2009)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dəymədərə xəritədə
Dəymədərə
Dəymədərə

Oronim dəymə (mal-qaranın saxlandığı yer) və dərə (mənfi relyef forması) komponentlərindən düzəlib, "mal-qara saxlanan dərə" mənasındadır.[1]

Çoğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Çay Dəymədərəçayın (Qalaçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 20 km cənub-şərqdə, Padar kəndinin 4 km şərqində, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 538 nəfər yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir.

Kənddə klub, kitabxana və 50 nömrəlik ATS mövcuddur.

Kənddə orta məktəb fəaliyyət göstərir.

Kənddə tibb məntəqəsi var.

  1. Dəymədərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629