Elmi nəzəriyyə

reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi.
Elmi-nəzəri
Elmi rəhbər
OBASTAN VİKİ
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nəzəriyyə
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək). Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi. Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması. Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim. Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi. Hər hansı bir şeyə şəxsi baxış. Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar..
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
M-nəzəriyyə
M-nəzəriyyə — Kainatın yaranmasında zamanı müxtəlif qüvvələr böyük rol oynamışdır. Kainatın tamamlanmasını müəyyən etmək üçün nəzəriyyə müvcud olmalıdır. Məhz bu nəzəriyyə M-nəzəriyyədir. Bu nəzəriyyə A. Eynşteynin nəzəriyyəsində sonra əldə edəlmiş ilk böyük nailiyyətdir. Bu nəzəriyyə özündə kvant mexanikasını və nisbilik nəzəriyyəsini birləşdirir. Ona görə də bu yeganə belə nəzəriyyə sayılır. Kainatın yaranmasını M-nəzəriyyə sayəsində ifadə olunan strun nəzəriyyəsi də verir, belə ki, əslində bu iki nəzəriyyə eynidir. Burada "M"-sehrli, ana, matrisa mənalarında işlənilir. Nəzəriyəyə görə kainat subatomlardan təşkil olunub. Ümumi nisbilik nəzəriyyəsinə görə Kainat Qara dəliklərdən, Böyük partlayışdan ibarət olduğu halda, Kvant nəzəriyyəsi bunun tam əksinədir.
Teleqoniya (nəzəriyyə)
Teleqoniya (q.yun. τῆλε — "uzaq" və γόνος — "doğuş" sözlərindən, yəni "uzaqda doğulmuş") — XIX əsrdə mövcud olan və hal-hazırda rədd edilmiş köhnə bioloji konsepsiya. Bu nəzəriyyəyə görə, əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqə qadının sonrakı seksual partnyorları ilə əlaqəsindən olan övladlarının irsi xüsusiyyətlərinə təsir edir. Müasir elmə görə, bu cür yanaşma — eksperimental tədqiqatlara əsaslanmayan mövhumat və yanılma olmaqla, məlum irsiyyət mexanizmlərinə uyğun deyil. Halbuki, 2013-də Cənubi Uells Universitetindən tədqiqatçı bir qrup milçək növləri üzərində telegenik fenomeni sübut etmişlər. Teleqoniya haqda ilk fikirlər Aristotelin əsərlərində rast gəlinir və ona əsaslanır ki, fərdin xüsusiyyətləri təkcə onun valideynlərindən keçmir, həm də fərdin anasının əvvəllər başqa kişidən uşağının olması da rol oynayır. XIX əsrdə və XX əsrin əvvəllərində teleqoniyaya inam ev heyvanları ilə işləyən seleksiyaçılar arasında yayılmışdı. Geniş populyarlıq qazanan hadisələrdən biri isə lord Mortonun atı ilə baş verən və Çarlz Darvinin cərrah ser Everard Homa istinadən qeydə aldığı aşağıdakı hadisədir: 1815-ci ildə atların dözümlülüyünü artırmaq məqsədilə zavod sahibi lord Morton 7/8 ərəb və 1/8 ingilis qanı olan madyanını kvaqqa (nəsli kəsilmiş zebr növü) ilə cütləşdirir. Amma döl alınmır. 1817, 1818 və 1823-cü illərdə həmin madyan öz cinsindən olan ayğırla cütləşdirilir və nəticədə doğulan dayçalar bəzi xüsusiyyətlərinə görə, sanki 1/16 kvaqqa qanı daşıyırmış kimi görünürdülər.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusu. Hərfi mənada "tənqidi nəzəriyyə" termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin "öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə" çalışır. Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2. на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998.
İqtisadi nəzəriyyə
İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri; II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını; III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir; IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını; V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini. İqtisadiyyata aşağıdakı təriflər vermək olar: İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir; İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir; İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir. Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır. Bundan əlavə, bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.
Marksist nəzəriyyə
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Epigenez (tibbi nəzəriyyə)
Biologiyada epigenez (yaxud preformasiyadan fərqli olaraq neoformasiyaçılıq) bitkilərin, heyvanların və göbələklərin hüceyrələrin fərqləndiyi və orqanların əmələ gəldiyi mərhələlər ardıcıllığı ilə toxumdan, sporadan və ya yumurtadan əmələ gəlməsi prosesidir. Epigenetik anlayışlar əsasən 17–18 əsrlərdə preformizmlə mübarizədə əmələ gəlmişdir (U. Harvey, İ. Büffon və xüsusilə K. F. Volf). Sitologiya və genetikanın uğurları sayəsində müəyyən olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrələrin mikrostrukturu ilə müəyyən edilir. K. Volfun əsərləri sayəsində (18 əsrin sonu) Epigenez konsepsiyası qalib gəldi və embriologiyanın inkişafına təkan verdi. 19 əsrin 70–80-ci illərində sitologiyanın müvəffəqiyyətləri Epigenezi təkzib edən irsiyyətə dair çoxlu konsepsiyanın meydana çıxmasına səbəb oldu. 19 əsrin sonunda inkişaf mexanikasının təşəkkülü vitalist xarakterli epigenetik nəzəriyyələrin bərpası ilə nəticələndi. 20 əsrdə genetikanın meydana gəlməsi ilə yalnız xarici, yaxud qeyri-maddi amillərdən asılı olan tam yeni törənən prosesin inkişafı haqqında primitiv anlayışlar əvəzinə, orqanizmlərin ontogenez qanunauyğunluqlarını müəyyənləşdirən genetik informasiyalar təlimi yarandı.
Molekulyar-kinetik nəzəriyyə
Molekulyar-kinetik nəzəriyyə (və ya qazların kinetik nəzəriyyəsi) — XIX əsrdə yaranan və maddənin, əsasən də qazların quruluşuna nəzər salan nəzəriyyə. Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili quruluşları ilə müəyyən olunur. Bu səbəbdən, maddənin quruluşunu öyrənmək ən mühüm problemlərdən biridir. Maddə haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Aristotel tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi "bölünməz" olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə- rinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır.
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir. Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.