ELTİ

(Ağdam, Ağdaş, Ağdərə, Borçalı, Dəvəçi, Goranboy, Göyçay, İmişli, Kürdəmir, Quba, Qax, Qazax, Mingəçevir, Tərtər, Şəki, Ucar)
iki qardaşın arvadları. – İki qardaş evlənəndə olların arvatdarı bir-birinin eltisi olur (Ağdam). – Yaxşı elti bajı kimi olor (Borçalı); – Axşam eltimgilə toya getmişdim (Qazax); – Qəcəm də diyərux, elti də (Qax); – Züleyxanın eltisi yaman xoşxasiyyətdi (Göyçay); – Eltisi gəlif, umküsü eləmiycax hindi? (Şəki)
ELMDAR
E:MALÇI
OBASTAN VİKİ
Elti dağı
Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur.

Значение слова в других словарях