ELTİ

Qabaqlar türk dillərində доставлять, нести mənalarını verən elit kəlməsi olub. Elti “gəlindaş” (bu söz çox işlədilib) deməkdir, “kənardan gətirilən” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ELŞƏN
ELÜVİ
OBASTAN VİKİ
Elti dağı
Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur.

Значение слова в других словарях