Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının mərkəzi hissəsində yerləşir.[1]
Elti dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 1593 m |
Yerləşməsi | |
39°04′06″ şm. e. 45°50′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|