ELYAS

bax: İlyas.
ELYAR
ELYAZ
OBASTAN VİKİ
Elyasalılar
İlyaslar, Elyasalılar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Elyasalılar Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır. Qeyd edək ki, qazax tayfalarının içərisində ellazalı nəslinin adına təsadüf edilir. Gürcüstanın Bolnisi rayonunda keçmış El kəndinin 1948-ci ildən adı Elias Sopeli adlanır.