Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Elyar Mirzəyev
Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elyar Məmmədov
Elyar Elbəyi oğlu Məmmədov (22 avqust 1990; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Elyar Məmmədov 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolanır. Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev , Kərim Əliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Elyar Kamrani
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir. Elyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu. Elyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir. Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur. 2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.
Elyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır. 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Şəhid Mirzəyev Elyar Cəlal oğlu
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var. 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi. Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. 1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Subay idi. 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Eldar Zeynalov
Eldar Zeynalov (kimyaçı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Eldar Zeynalov (heykəltaraş) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Eldar Zülfüqarov
Zülfüqarov Eldar İslam oğlu — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000-2011-ci illər). Zülfüqarov Eldar İslam oğlu 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AKU-da "Beynalxalq əlaqələr üzrə prorektor" vəzifəsində işləyir. 2000-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 9 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Eldar Çiviç
Eldar Çivik (bosn. Eldar Ćivić; d. 28 may, 1996, Tuzla, Bosniya və Herseqovina) — Çexiya Birinci Liqasının Sparta Praqa futbol klubu və Bosniya və Herseqovina milli futbol komandasında sol cinah müdafiəçisi mövqeyində mübarizə aparan bosniyalı peşəkar futbolçu.
Eldar İbrahimov
Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professor. Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir. 1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Eldar İsgəndərov
Eldar Hüseyn oğlu İsgəndərov (30 avqust 1950, Bakı) — Azərbaycan violonçelçalanı, İstanbul Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2005). Eldar Hüseyn oğlu İsgəndərov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Hüseyn İsgəndərov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Azərbaycan SSR avtomobil nəqliyyatı naziri işləmiş, anası Suğra Qayıbova isə ilk azərbaycanlı neftçi-mühəndis qadınlardan olmuş, "Lenin" ordeni ilə təltif edilmişdir. Eldar İsgəndərov 1957–1968-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində əvvəlcə Vladimir Anşeleviçin, iki il sonra isə İsaak Turiçin sinfində violonçel ixtisası üzrə təhsil almışdır. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Sabir Əliyevin sinfində təhsilini davam etdirmişdir. Burada ikinci kursda oxuyarkən, 1969-cu ildə musiqi ifaçılarının üçüncü Zaqafqaziya müsabiqəsinin diplomantı və laureatı adına layiq görülmüş, violonçel ifaçılarının üçüncü ümumittifaq müsabiqəsində fəxri fərmanla təltif edilmişdir. Eldar İsgəndərov 1973-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində işləmişdir. 1975–1977-ci illərdə Moskva Dövlət Konservatoriyasında assistent-stajorluq üzrə professor Tatyana Primenkonun violonçel sinfində təhsil almışdır. Tam ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına pedaqoq kimi çalışmağa dəvət olunmuşdur. 1981-ci ildə Eldar İsgəndərov ali təhsil tələbələrinin ümumittifaq yaradıcılıq festivalının fəxri fərmanına layiq görülmüşdür.
Eldar İsgəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Qarabağ İqtisadi Rayonunda Tikinti,Bərpa və Tikinti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Evlidir, 3 övladı var.
Eldar İskəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Qarabağ İqtisadi Rayonunda Tikinti,Bərpa və Tikinti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Evlidir, 3 övladı var.
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Eldar İsmayılov
Eldar İsmayılov (tarixçi) — tarixçi alim. Eldar İsmayılov (siyasətçi) — siyasətçi. Eldar İsmayılov (jurnalist) — jurnalist.
Eldar Şahbazov
Eldar Qəşəm oğlu Şahbazov (29 yanvar 1948) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriya rəhbəri. Şahbazov Eldar Həşəm oğlu, 29 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Zəngəbasar anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: - 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Режимы технического обслуживания и ремонта подъемных установок для текущего и капитального ремонта нефтяных и газовых скважин". Doktorluq dissertasiyasının mövzusu: 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Səyyar neft-mədən qurğularının etibarlığın artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi". Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 145 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 10 Respublikada çıxmış elmi əsərlərinin sayı: 82 Konfrans məruzələri və tezislər sayı: 14 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 Küylə qarışıq siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyaları. Stasionarlıq, normal paylanma qanunu və başqa klassik şərtlər ödənməyən stoxastik proseslər üçün identifikasiyanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən informasiya texnologiyaları. AZƏRTAC xəbər verir ki, yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkətinin layihə müəllifləri və MDB ölkələrində təhsil sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Fond YUNESKO-nun yüksək mükafatına - medala və diploma layiq görülmüşlər. Noyabrın 18-də YUNESKO-nun əsas mənzil iqamətgahında mükafat və diplomların təqdimatı ilə bağlı mərasim keçirilmişdir. Mərasimi YUNESKO-nun İcraiyyə Şurasının sədri, Rusiya Federasiyasının qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Mitrofanova açaraq nanoelmin inkişafını dünya elminin son nailiyyətlərindən biri kimi dəyərləndirmiş, bu sahədəki alimlərin xidmətlərini yüksək qiymətləndirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova nanoelmin inkişafındakı xidmətlərinə görə Rusiyanın 7 aliminə, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) qurumun yüksək mükafatını və diplomlarını təqdim etmişdir.
Eldar Şengelaya
Eldar Nikolayeviç Şengelaya (26 yanvar 1933, Tiflis) — rejissor. Eldar Şengelaya 26 yanvar 1933-cü ildə Tbilisidə anadan olub. Atası rejissor Nikolay Şengelaya, anası aktrisa Nata Vaçnadze, qardaşı rejissor Georgi Şengelayadır. ÜDKİ-də təhsil alıb. Mosfilmdə (1958–1960), Gürcüstanfilmdə (1960-dan) çalışıb. Ş. Rustaveli adına Tbilisi Teatr İnstitutunda dərs deyir. Gürcüstanın və SSRİ-nin xalq artistidir (1988). Müxtəlif festivalların mükafatını alıb.
Eldar Şirinov
Eldar Şirinov (12 iyul 2001, Göyçay rayonu – 6 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əlyar Qarabağlı
Əlyar Məmməd oğlu Qarabağlı (1901, Borçalı qəzası – 1969) — Azərbaycan pedaqoqu, jurnalisti. Əlyar Qarabağlı 1901-ci ildə anadan olmuşdu. Borçalının Ləcbəddin kəndindəndir. Kənddə müəllim işləmiş, Bakıda elmi-tədqiqat pedaqoji elmlər institutunun şöbə müdiri, «Azərbaycan məktəbi» jurnalının məsul katibi, redaktor müavini vəzifələrində çalışmış, dövlət universitetində mühazirələr oxumuşdu. Ədəbiyyatımızın tədrisi metodikası sahəsində sanballı dərsliyin müəllifi kimi şöhrət qazanmışdı. Əlyar Qarabağlı 1969-cu ildə vəfat edib.
Əlyar Alimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır. 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyatda olan polkovnik-leytenant. Əliyar Əmirov Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) — Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əlyar kəndi (Qoşaçay)
Əlyar kəndi (fars. علي ياركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (74 ailə).