ENTİ

сущ. диал. молоко, оставленное в вымени коровы для кормления телёнка
ENSİZPLYONKALI
ENTOMOLOGİYA
OBASTAN VİKİ
Entimema
Entimema (q.yun. ἐνθύμημα - əqldə tutmaq) — ənənəvi formal məntiqdə deduktiv əqli nəticə; bu əqli nəticədə hər hansı bir hissənin ya müqəddimələrdən birinin, ya da nəticənin aydın ifadə olunmamasıdır. == Mahiyyəti == Çox vaxt elmi müddəaların şərhində, insanın praktik fəaliyyətində, yaxud nitq prosesində bütöv halda əqli nəticələrə rast gəlmirik, orada müqəddimələrdən biri, yaxud bir neçəsi buraxılır, buraxılan hissə öz-özlüyündə düşünülür, ixtisari forma alan belə sillogizmlərə entimema deyilir. Entimemanın vasitəsi ilə insan nitqin qısa və yığcam ifadəsinə nail ola bilir, digər tərəfdən ixtisari əqli nəticələr dinləyicini, oxucunu düşünməyə vadar edir. == Növləri == Entimemanın müxtəlif növləri vardır: 1. Böyük entimema 2. Kiçik entimema 3. Nəticəsi buraxılan entimema.Nümunə: "Bütün cinayətkarlar hüquqi məsuliyyətə cəlb olunmaldır. Bilal cinayətkardır". Burada nəticə buraxılmır deyilmir.