EPİKRİZ

[yun.] мед. эпикриз (азарлувилихъ галаз алакъадар эхиримжи нетижа, къарар).
EPİKLİK
EPİQRAF
OBASTAN VİKİ
Epikriz
Epikriz (yun. επίκροις – mülahizә, qәrar) – müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi. == Ümumi məlumat == Xәstәliyin gedişi xüsusiyyәtlәrindәn vә nәticәsindәn asılı olaraq Epikrizә xәstәnin proqnozu, onun üzәrindә gәlәcәk müşahidәnin zәruriliyi haqqında qәrar, müalicәvi-әmәk tövsiyәlәri daxil edilir. Ölümlә nәticәlәnmә hallarında Epikrizdә ölümün sәbәbi göstәrilir. Peşә sirrinin gözlәnilmәsi qaydası ilә әlaqәdar Epikrizin mәzmunu ancaq tibb işçilәri arasında başa düşülәndir. == Epikrizin növlәri == Epikrizin tәrtib olun masına zәrurәt xәstәni müşahidәnin müxtәlif dövrlәrindә yaranır. Ambulator xәstәnin tibb kartasında dispanserizasiya nәti cәlәrini (ildә 1–2 dәfә) qiymәtlәndirәrkәn, hәmçinin xәstәni hәkim nәzarәt komissiyasına göndәrdikdә vә stasionara yerlәşdirdikdә müalicәnin davam etdi rilmәsinә zәrurәt olduğunu әsaslandırmaq üçün Epikriz tәrtib olunur. Uşağın inkişaf tarixindә Epikriz uşaq 1,3 vә 7 yaşına çatdıqda, habelә 18 yaşlı yeniyetmә böyüklәr poliklinikasına köçürüldükdә qeyd edilir. Stasionar xәstәnin tibb kartasında (xәstәlik tarixindә) Epikrizdә onun stasionarda olmasının hәr 10–14 günlük yekunları (mәrhәlә Epikrizi), xәstә stasionardan ayrıldıqda çıxma Epikrizi, onu başqa müalicә müәssisәsinә köçürdükdә köçürmә Epikrizi, xәstә öldüyü hallarda isә ölәndәn sonra Epikriz tәrtib olunur vә ona sonra patoloji-anatomik Epikriz әlavә edilir. Müxtәlif növ Epikrizlәr mәzmununa vә başlıca olaraq qәrar hissәsinә görә fәrqlәnir.

Значение слова в других словарях