ETİRAF

сущ. признание:
1. рассказ, сообщение о чём-л. касающемся себя; слова признающегося в чём-л. (обычно в том, что хочется скрыть), сознание своей вины, ошибки и т.п. юрид. Müqəssirin (müttəhimin) etirafı признание обвиняемого (подсудимого), məhkəmə etirafı судебное признание, çarəsiz etiraf вынужденное признание, təmiz ürəklə (səmimi) etiraf чистосердечное признание, açıq etiraf откровенное признание
2. согласие с истинностью, реальностью чего-л. ; etiraf etmək: 1. признаваться (открыто говорить, рассказывать о чём-л. , касающемся себя), признаться; 2. признавать, признать (соглащаться, согласиться с чем-л., допускать истинность чего-л. ). Etiraf edirəm ki, … признаюсь, что , etiraf etməliyəm ki, … я должен признаться, что … etiraf etmək lazımdır ki, … следует признать, что …, etiraf etməmək olmaz ki, … нельзя не признать, что …
ETİOLOJİ
ETİRAZ
OBASTAN VİKİ
Etiraf
Etiraf (Tolstoy)
Etiraf (1992)
== Məzmun == Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür. == Film haqqında == Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib. == Festivallar və mükafatlar == 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.
Etiraf (Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf kapellası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhƏsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır. Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.
Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf (film, 1992)
== Məzmun == Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür. == Film haqqında == Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib. == Festivallar və mükafatlar == 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.
Etiraf (film, 2011)
«Etiraf» (fr. Elles) — Polşalı rejissor Malojata Şumovskanın 2011-ci ildə çəkilmiş filmi. Film Elle jurnalında işləyən və qadın fahişəliyindən yazan jurnalist qadın Annadan (Jülyet Binoş) bəhs edir. Baxmayaraq ki, gənc qızlar reklamda maraqlı deyillər, Anna iki tələbəni intervyu verməyə sövq edə bilir: onlardan biri Alisiya (Coanna Kuliq) — ambissiyalı iqtisadiyyat fakültəsində təhsil alan qızdı. O anadan olduğu Polşanı tərk edərək, Fransaya təhsil almağa gəlmişdi. Digəri isə Şarlottadır (Anais Demustye). O əyalətdən uzaqlaşmaq üçün Parisə gəlmişdi. Malqojata Şumovskanın "Etiraf" erotik drama filmi əsl fransız üslubunda nəinki hələ qədim zamanlardan bəri mövcud olmuş satılmış sevgi problemini, həmçinin kişilərin öz həyat yoldaşlarına xəyanətini bütün açıq-saçıqlıqla nümayiş etdirilmişdi. Filmdə əsasən musiqi səslənilmir, yalnız bəzən situasiyanın psixologizmini gücləndirmək üçün klassik melodiyalar aşağı səslə verilir. Filmin yaş məhdudiyyəti 18+, bu da filmdə açıq səhnələrin çox olması ilə anlanmaq olar.
Maskanın etirafları
Maskanın etirafları (yap. 假面の告白) — Yaponiya yazıçısı Yukio Mişimanın debüt romanı. "Qızıl məbəd" romanı ilə yanaşı yazıçının yaradıcılığının zirvəsi hesab edilir. 1949-cu ildə nəşrindən sonra iyirmi dörd yaşlı Mişima şöhrət qazanmışdır. Avtobioqrafik roman yapon oxucuları tərəfindən birmənalı qarşılanmamışdır: bir tərəfdən romanın mətnində əsas qəhrəmanın daxili aləminin təsviri zamanı sarsıdıcı açıqlığa yer verilmiş, digər tərəfdən yazıçı söz sənətinin mahir bələdçisi olduğunu göstərmişdir. == Məzmunu == Əsas qəhrəman romanda Koçan kimi qeyd edilir. O, Yaponiyada sağ yönlü militarist imperiya dövründə yaşayır və gənc yaşlarından müharibədə iştirak edir. Mişima kimi Koçan da adi yapon oğlanları ilə müqayisədə daha cılız və zəif fizionomiyaya malikdir və kitabın birinci yarısında (burada əsasən Koçanın uşaqlığı təsvir olunur) intensiv şəkildə yapon cəmiyyətinə uyğunlaşmağa çalışır. Zəifliyi ilə əlaqədar olaraq Koçan həmyaşıdı olan oğlanlardan uzaq gəzir və bu onun üçün normaya çevrilir. Məhz bu onun ölüm, şiddət və seks haqqında gələcək fantaziyalarının yaranmasına gətirib çıxarır.
Yarımçıq insanın etirafları
Yarımçıq insanın etirafları (人間失格, Ninqen Şikkaku, hərf. İnsanlığın diskvalifikasiyası) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən 1948-ci ildə yazılmış roman. Əsl kimliyini başqalarına göstərə bilməyən, daha sonra içki və narkotikə qurşanan problemli bir şəxsin hekayəsindən bəhs edir. Dazai romanı öz şəxsi təcrübələri əsasında yazdığı üçün avtobioqrafik əsər hesab olunur. "Yarımçıq insanın etirafları" postmüharibə dövrünün Yaponiya ədəbiyyatının klassiklərindən və Dazainin əsas əsərlərindən biri kimi qəbul olunur. Roman əsasında anime, film və manqa adaptasiyaları istehsal olunmuşdur. Roman Azərbaycan dilində ilk 2024-cü ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuş, Ofeliya Əliyeva tərəfindən tərcümə olunmuşdur. == Məzmun == "Yarımçıq insanın etirafları" romanında hekayə baş qəhrəman Oba Yozo (大庭葉蔵) tərəfindən yazılmış üç dəftər formasında təqdim olunur. Dəftərlər Obanın uşaqlıq illərindən 27 yaşına qədər olan həyatını əhatə edir. Hekayə dəftərləri yazıldıqdan 10 il sonra bir tanışı vasitəsilə əldə edən adsız bir şəxs tərəfindən nəql olunur. === Birinci dəftər === Güclü yadlaşma və başqalaşma hissinə qapılan Oba ətrafındakı insanları demək olar ki, başa düşə bilmir.

Значение слова в других словарях