EYVAZƏLİ
EYYUBALI
OBASTAN VİKİ
Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. == Həyatı == Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur.1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır.1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə "Mürrəh" cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar ydi, son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir.
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Eyyub Tağıyev
Eyyub İsmayıl oğlu Tağıyev (27 yanvar 1912, Bakı – 17 yanvar 1967, Moskva) — texniki elmlər doktoru, professor, Stalin mükafatı laureatı (1942, 1948, 1951). == Həyatı == 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki ikimərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir.
Eyyub Xanbudaqov
Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. == Həyatı == Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur.
Eyyub Yaqubov
Eyyub (Əyyub) Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu.
Eyyub ağa məscidi
Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. == Məscid haqqında == Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır.
Əhməd Eyyub Türkaslan
Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994, Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023, Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu. == Karyerası == Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir. Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir. Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır. == Şəxsi həyatı və vəfatı == Əhməd Eyyub Türkaslan evli olmuşdur.6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir. Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir. Dağıntılar altından xilas edilən həyat yoldaşı sosial şəbəkədə kömək istəmiş və əlavə etmişdir ki, ərazidə nə ekskavator, nə də kran yoxdur.
Bəylər Eyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Molla Eyyublu
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Rövşən Eyyubov
Rövşən Eyyub oğlu Eyyubov (19 avqust 1976, Kirovabad) — Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki. == Həyatı == Rövşən Eyyub oğlu Eyyubov 1973-cü il avqustun 19-da Azərbaycanın Gəncə şəhərində dünyaya gəlmişdir. 1983-cü ildə 43 saylı N. Rəfibəyli adına orta məktəbdə təhsilə başlamışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin Filoloqiya fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə Milli Qvardiyaya hərbi xidmətə çağırılmışdır. 1999-cu ildə Prezident Mühafizə xidmətində yüksək vəzifəli şəxslərin qoruyucusu işləmişdir. 2000-ci ildə Mərdəkan Polis Akademiyasının hüquqşünas fakültəsinə qiyabi daxil olmuşdur. 2001-ci ildən Daxili İşlər Nazirliyində Baş Kadrlar Idarəsinin şöbə rəisi vəzifəsində çalışır. 2004-cü ildə Prezident yanında Dövlət İdarəetmə Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmuşdur. 2011-ci ildə "Yaxşı əməl heç vaxt gizli qalmır" adlı kitabı çap edilmişdir.
Rəşad Eyyubov
Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; d. 3 dekabr 1992, Sumqayıt, Azərbaycan) — azərbaycanlı futbolçu; "Füzuli" futbol klubunun yarımmüdafiəçisi. == Həyatı == Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb. Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi. Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir. == Karyerası == Odessa futbol məktəbinin yetirməsidir. Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub. == Klub karyerası == 2002-2008-ci illərdə "Çernomorets" (Odessa), 2008-2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009-2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.2011-ci ildə Sergey Yuranın çalışdırdığı "Simurq"a transfer olunub. == Milli komanda == 2008-ci ildə Ukrayna U-17 millsinin baş məşqçisi Aleksandr Borisoviç Qolovko tərəfindən yığmaya cəlb edilib.
Səlahəddin Eyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. == Həyatı == Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kurd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. == Ailəsi və mənşəyi == əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları:əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎)Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) === İlk illəri === Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Sənubər Eyyubova
Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru. == Həyatı və təhsili == 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. == Fəaliyyəti == İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.
Sərvan Eyyubov
Sərvan Eyyubov (tam adı:Sərvan Yusif oğlu Eyyubov 2.11.1998, Böyük Pirəli, Qəbələ, Azərbaycan — 12.10.2020, Tərtər,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyyubov Sərvan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb.2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Eyyubov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Yaqub Eyyubov
Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən). == Həyatı == Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ixtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir. == Əmək fəaliyyəti == Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.
İkram Eyyubov
İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri. == Həyatı və elmi fəaliyyəti == İkram Eyyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1937-ci ildə Dəmirçilər kənd natamam orta məktəbini bitirmiş və Qazax pedaqoji texnikumuna daxil olmuşdur. 1941-ci ildə texnikumu bitirmiş və 1945-ci ilə qədər Tovuz rayonunda müəllim işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universitet) təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Terapiya kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1958-ci ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna dəvət olunaraq 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Respublikanın Əməkdar baytar həkimi, professordur. 135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin və 3 səmərələşdirici təklifin müəllifidir.
İlqar Eyyubov
Ilqar Bayram oğlu Eyyubov - Hüquq üzrə Fəlsəfə Doktoru == Həyatı == İlqar Eyyubov 22 sentyabr 1975-ci il,Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri Sabunçu rayonu 271 saylı Orta Məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2002-ci ildə BDU-nin Hüququ fakultəsini fərqlənmə diplomu ilə bitirərək,Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Magistraturasına daxil olmuşdur. 2005-ci il tarixdə Magistraturanı da fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2004-cü illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2006-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquqi İnstitutunun Dissertanturasına qəbul olub, 2010-cu il tarixdə oranı bitirmişdir. 30 noyabr 2013-cü il tarixdə isə “Cinayət prosesində iştirak edən digər şəxslər və onların prosessual-hüquqi vəziyyəti” mövzusunda dissertasiya işini müdafiə edib, 17 fevral 2015-ci il tarixdə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. 2008-2012-ci illərdə Azərbaycan Respublikası Polis Akademiyasının İdarəetmə və İxtisasartırmanın təşkili fakultəsində təhsilimi davam etdirib, oranı da əla qiymətlərlə bitirmişdir. 2017-ci ildən istefada olan Polis mayorudur. Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür.
Şirzad Eyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.
аболи́ция венге́рцы кале́ка прила́вок скрипа́ч стремя́нный та́нкерный утопи́зм шмяк энтузиасти́чно землепа́шеский каби́нный кофеёчек подава́ть полифони́ческий рациона́льно casualty helicopter citable fatherly follicle frond parade ground затупляться проквашивать пролётка