füzelyaj
füzulişünas
OBASTAN VİKİ
"Füzulinin azad olunmasına görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Füzulinin azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Xocavəndin azad olunmasına görə" medalından sonra taxılır.
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
84 saylı Füzuli seçki dairəsi
Alxanlı (Füzuli)
Alıxanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır. 1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.
Dördlər (Füzuli)
Dördlər — Azərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Dədəli (Füzuli)
Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli obasında oturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Füzuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1483, Bağdad, Ağqoyunlu dövləti, Nəcəf, Ağqoyunlu dövləti, Hillə, Ağqoyunlu dövləti və ya Kərbəla, Ağqoyunlu dövləti – 1556, Kərbəla, Osmanlı imperiyası və ya Bağdad, Bağdad əyaləti[d], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Füzuli-500 (film, 1997)
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli (Samux)
Füzuli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Füzuli kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Füzuli kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1464 nəfərdir.
Füzuli (ad)
Füzuli — Azərbaycanda daha çox işlədilən kişi adı. Füzuli — görkəmli Azərbaycan şairi. Füzuli Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Füzuli Hüseynov — Aktyor, Əməkdar artist. Füzuli Məmmədov Füzuli Məmmədov (aktyor) — Aktyor. Füzuli Məmmədov (iş adamı) — İş adamı. Füzuli Məmmədov (futbolçu) — Futbolçu. Füzuli Ramazanoğlu — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı Füzuli Sabiroğlu — ssenari müəllifi, rejissor Füzuli İsmayılov — televiziya aparıcısı, İctimai Televiziyada Analitik proqramlar departamentinin direktoru. Füzuli Ələkbərov — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
Füzuli (dəqiqləşdirmə)
Füzuli — azərbaycanlı şair. Füzuli (şəhər) — Azərbaycanın Füzuli rayonun inzibati mərkəzi. Füzuli rayonu — Azərbaycanda rayon. Füzuli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə. Füzuli (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Digər Füzuli (simfonik poema) — bəstəkar Arif Məlikovun simfonik poeması.
Füzuli (Şəmkir)
Füzuli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Əzizbəyov adına sovxozun 2 nömrəli malikanəsi olmuşdur. Yerli əhali arasında İkinci Şöbə də adlanırdı. Yaşayış məntəqəsini 1925-ci ildə həmin rayonun Qaracəmirli kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. 1965-ci ildə M.Füzülinin adı ilə adlandırılmışdır. Memorial toponimdir.
Füzuli (şəhər)
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Füzuli Allahverdiyev
Füzuli Allahverdiyev (30 noyabr 1962 və ya 1 yanvar 1963) — futbolçu. == Həyatı == 1963-cü il yanvarın 1-də anadan olub. 1980-ninci ildən 2002-ci ilə kimi Kəpəz futbol komandasının əvəzedilməz futbolçusu olub. Kəpəz komandasının tarixində yeganə futbolçudur ki 22-il oynayib. Kəpəzlə 4-dəfə kubok, 3-dəfə cempion, 2-dəfə gümüş, 1-dəfə bürünc medallara sahib olub. Hal hazirda Kəpəzdə köməkçi məşqiçi işləyir.
Füzuli Bayat
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Füzuli Ramazanoğlu
Füzuli Ramazanoğlu (tam adı: Quliyev Füzuli Ramazan oğlu; 6 fevral 1961, Çalburun, Gədəbəy rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Füzuli Ramazanoğlu 1961-ci il fevralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb. 1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub. 1984-cü ildə həmin ali məktəbi "Elektron mühəndisi" ixtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstehsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam etdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oxuyub. 1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıxan çoxtirajlı "İmpuls" qəzetinin redaktoru vəzifəsini daşıyıb. Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müxtəlif qəzet və jurnallarda, respublika radiosunda şeirlər və məqalələrlə çıxış edib.
Füzuli Rüstəmov
Füzuli Salah oğlu Rüstəmov (25 dekabr 1965, Hüsənli, Mirbəşir rayonu – 26 fevral 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. == Döyüşlərdə iştirakı == Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli Su Elektrik Stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su elektrik stansiyası. Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir. Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır.
Füzuli Sabiroğlu
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor. == Həyatı == Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. 1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib. 2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. == Muzeyin tarixi == Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. == Muzeyin eksponatları == Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.

Значение слова в других словарях