Alxanlı (Füzuli)

AlxanlıAzərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Alxanlı
39°36′00″ şm. e. 47°23′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 228 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1913[1]
Xəritəni göstər/gizlə
Alxanlı xəritədə
Alxanlı
Alxanlı

Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır. 1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.

Alxanlı oyk, düz. Köndələnçayın sol sahilində, Mil düzündədir. Tədqiqatçıların əksəriyyəti bu oykonimi alıxanlı etnonimi ilə əlaqələndirir və belə bir məlumata istinad edirlər ki, kəndi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin alıxanlı tirəsi salmışdır. Lakin nəzərə almaq lazımdırki, alxan sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində "köndələn qazılmış xəndək yeri" deməkdir. Kəndin Köndələn çayının sahilində yerləşdiyini nəzərə alsaq, bu oykonimi "Köndələnçayın axdığı kənd" kimi izah etmək olar. Çeçenistanda XVIII əsrlərdə alanların yaşayış məskəni olan Alxanqala yer adı və Alxançurt dağ adı da "köndələn" mənasında izah olunur.[3]

Hal-hazırda əhalinin sayı kənddə 2100 nəfər təşkil edir. Kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2914 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yerləşən bir çox kəndlər kimi Alxanlı kəndinin də əhalisi əsasən əkinçiliklə məşğul olur. Lakin kəndin ərazisinin cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşməsi həmin ərazilərdə təsərrüfat işlərinin görülməsinə mane olur. Belə ki, Ermənistan hərbçiləri dinc sakinləri mütəmadi olaraq atəş altında saxlayır. Alxanlı kəndinin ərazisində 5 min hektardan əkin üçün yararlı torpaq sahəsi olsa da, bu əkin sahələrinin cəmi 2 min hektarından kənd sakinləri istifadə edirlər. Ermənilər 2006-cı ildən etibarən kəndə gələn su kanallarının qarşısını kəsdiyi üçün sakinlər əkinçiliyi yalnız dəmyə üsuslu ilə aparırlar. Ancaq vəziyyətdən çıxış yolu kimi ərazidə bir neçə su artezian quyusu qazılıb. Lakin bu su quyuları azlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629