1. Göy, səma, asiman.
2. məc. Tale, qismət, bəxt, uğur.
◊ Fələk göydən yerə ensə də – qətiyyən, heç bir vəchlə, qəti surətdə, əsla. Fələk göydən yerə ensə də, deyən deyiləm.
Fələk üz döndərmək – işi bəd gətirmək, uğursuzluğa düçar olmaq, bəxti dönmək, bəxti gətirməmək. [Kərəm:] Qurtarmadım heç qovğadan, bəladan; Fələk üz döndərib mən mübtəladan. “Əsli və Kərəm”.
Fələk yazan – tale, qismət, müqəddərat, alın yazısı.
Fələkin çərxi dönmək – tale üz döndərmək, taleyin üzü dönmək, ümidi boşa çıxmaq.
Fələkin çərxi dönsün – qarğış məqamında işlədilir.
Fələkin qəminə (güdazına) getmək – öz taleyinin qurbanı olmaq.
Fələkin qəminə (güdazına) vermək – bədbəxt etmək.