FƏNA

1. плохой, худой, дурной, скверный; 2. плохо, худо, дурно, скверно;
FƏLSƏFİ
FƏND
OBASTAN VİKİ
Mirzə Bəybaba Fəna
Mirzə Bəybaba Fəna (1787, Şuşa – 1867, Şuşa) — şair, Fatma xanım Kəminənin atası. == Həyatı == Mirzə Bəybaba bəy Mirzə Əliyar bəy oğlu 1787-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Böyük xanın yanında katib işləyirdi. Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü. Mirzə Bəybaba bəy Cahan xanımla ailə qurmuşdu. Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.
Mirzə Rəhim Fəna
Mirzə Rəhim Fəna (1844, Şuşa, Kaspi vilayəti – 11 fevral 1931, Bakı) — Azərbaycanın tanınmış şairi va ictimai xadimlərindən biri. == Həyatı == Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi mənbələrə görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim Fəna təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir.
Rəhim bəy Fəna
Mirzə Rəhim Fəna (1844, Şuşa, Kaspi vilayəti – 11 fevral 1931, Bakı) — Azərbaycanın tanınmış şairi va ictimai xadimlərindən biri. == Həyatı == Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi mənbələrə görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim Fəna təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir.
Fənarizadə Muhiddin Çələbi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, İstanbul) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Fənayi (Xoy)
Fənayi (fars. فنايي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Fənayi kilsəsi == Fənayi və ya Sərkis kilsəsi, Fənayi kəndinin ortasında və kənd evlərinin arasında yerləşir. Binanın əsas zalı çınqıl və karakas daşından tikilərək, tağları kərpicdən, günbəzi isə daşdan tikilmişdir. Kilsənin şərq hissəsində bir mehrab var. Mehrabdaki memarlıq quruluşu və naxışlar baxımından kilsəs Mahlazan kilsəsinə bənzəyərək, tikilinin Səfəvilər dönəminə aid olduğunu təsdiqləyir. Mehrabda istifadə edilən naxışlar əsasən çiçək və başqa bitkilərin motivləridir. Kilsə hazırda qəzalıdır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (134 ailə).
Molla Şəmsəddin Fənari
Molla Şəmsəddin Fənari, (1350, Bursa – 15 mart 1431, Bursa) — Osmanlı alimi, müdərris və ilk Osmanlı şeyxülislamı. == Həyatı == 1350-ci ilin aprel ayında Mavəraünnəhrdə dünyaya gəlmişdir. Əsl adı Şəmsəddin Məhəmməd ibn Həmzədir. İlk təhsilini atasından aldıqdan sonra İznikdə din dərsləri aldı. Müəllimi ilə aralarında yaranan elmi bir mübahisə səbəbilə buradan ayrıldı və Amasiyaya getdi. Burada Cəmaləddin Aksarayinin tələbəsi oldu və 1376-cı ildə təhsilini tamamladı. Ardından Qahirəyə gedən Molla Şəmsəddin burada elmi dərslər aldıqdan sonra Bursaya geri döndü. İldırım Bəyazidin əmrilə Manastr Mədrəsəsinə müdərris təyin olundu və bu vəzifəsinə davam edərkən 1393-cü ildə Bursa qazısı seçildi. 1402-ci ildə baş verən Ankara döyüşü səbəbilə Əmir Teymurun ordusu Bursanı ələ keçirdi və Qaramanoğulları bəyliyini bərpa etdi. Bu əsnada bir müddət vəzifədən azad edilən Şəmsəddin Fənari bir qrup alimlə birlikdə Əmir Teymurun əmrilə əsir alındı və Kütahyaya aparıldı.
Fənari İsa Məscidi
Fənari İsa Məscidi — İstanbulda əvvəllər pravoslav kilsəsi kimi istifadə edilən, lakin türklər şəhəri ələ keçirdikdən sonra məscidə çevrilən ibadət yeri. İstanbulun Fatih səmtində, Vətən küçəsi kimi tanınan Adnan Menderes bulvarında yerləşir. == Tarixi == === Bizans dövrü === 908-ci ildə Bizans admiralı Konstantinos Lips dövrün imperatoru VI. O. Aslanın hüzurunda monastır tikintisinə başlamışdır. Monastırın yerləşdiyi yer köhnə Bayrampaşa çayının (Likus çayı) ətrafındakı vadidə, o dövrdə Merdosanqaris adlanan ərazidə yerləşirdi. Quruluş Məryəm Theotokosa həsr edilmişdir. Kilsənin tikinti mərhələsi və ondan sonrakı dövrlər haqqında məlumat verən "Typikon" adlı kitabda kilsədə 50 qadın ruhani olduğu, 15 çarpayılıq xəstəxanasının da olduğu yazılır. O dövrdə Konstantinopolun ən böyük qurumlarından biri idi. Hazırkı tikili 6-cı əsrə aid başqa bir kilsənin xarabalıqları üzərində tikilib və tikintisində köhnə Roma qəbiristanlığının qəbir daşlarından istifadə edilib. Pravoslav müqəddəslərindən olan Müqəddəs İrininin müqəddəs qalıqları da burada saxlanılır. Kilsə istifadədə olanda xalq arasında Şimal Kilsəsi kimi tanınırdı.

Значение слова в других словарях