FİLOSOFANƏ

sif. [ yun. philosof və fars. …anə]
1. Filosof kimi (bax filosof 2-ci mənada). Həyata filosofanə (z.) baxmaq.
// Dərin fikrə dalmış kimi görünən.
Rüstəm bəyin filosofanə siması birdən-birə dəyişildi, dodaqlarında səmimi və təmiz bir təbəssüm oynamağa başladı. Çəmənzəminli.

2. bax fəlsəfi.
[Qətibə Nizamiyə:] Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. M.S.Ordubadi.

FİLÓSOF
FİLOSOFLUQ

Значение слова в других словарях