Mənbə-filtr modeli
Mənbə-filtr modeli (ing. Source-filter model, rus. Модель «источник фильтр») — İsveç alimi Qunnar Fant tərəfindən 1960-cı ildə "Nitqin yaranmasının akustik nəzəriyyəsi" əsərində təklif olunan model. Mənbə-filtr modelində Helmhols rezonatoru filtrlə əvəz olunur, yəni səs mənbəyi – səs telləridir, səs traktı yalnız mənbəni modifikasiya (filtrasiya) edir; səs tellərinin və səs traktının akustik xassələri baxımından bir-birindən asılı deyil, onları ayrılıqda öyrənmək olar.
Əgər səs mənbəyi və səs traktı bir-birindən asılı deyilsə, onda səs siqnalından mənbəni müəyyən etmək olar (tərs filtrasiya). Bu nitqin sintezi, səsə görə şəxsin identifikasiyası, vokal patalogiyaların öyrənilməsi üçün zəruridir.
İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.