filtr
filtr-paket
OBASTAN VİKİ
Bağlama
Bağlama — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Mənbə-filtr modeli
Mənbə-filtr modeli (ing. Source-filter model, rus. Модель «источник фильтр») — İsveç alimi Qunnar Fant tərəfindən 1960-cı ildə "Nitqin yaranmasının akustik nəzəriyyəsi" əsərində təklif olunan model. Mənbə-filtr modelində Helmhols rezonatoru filtrlə əvəz olunur, yəni səs mənbəyi – səs telləridir, səs traktı yalnız mənbəni modifikasiya (filtrasiya) edir; səs tellərinin və səs traktının akustik xassələri baxımından bir-birindən asılı deyil, onları ayrılıqda öyrənmək olar. Əgər səs mənbəyi və səs traktı bir-birindən asılı deyilsə, onda səs siqnalından mənbəni müəyyən etmək olar (tərs filtrasiya). Bu nitqin sintezi, səsə görə şəxsin identifikasiyası, vokal patalogiyaların öyrənilməsi üçün zəruridir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.