Flor

I der; -s, -e 1. (Blüten) çiçəklənmə, çiçək vermə; çiçəklər; 2. (Wohlstand) firavanlıq, varlılıq II der, -s, -e 1. (Samt) məxmər; flor; 2. (Trauerflor) matəm sarğısı
Flohmarkt
Flora
OBASTAN VİKİ
Flor-de-Lis
Flor-de-Lis — Portuqal musiqi qrupu. 2004-cü ildə yaranıb. 2009 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı "Todas as ruas do amor" (Azərbaycanca:"Sevginin bütün küçələri" ) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda ilk onluğa daxil olaraq finala keçmişdir. Finalda isə 57 xalla 15-ci olmuşdur.
Flor-du-Sertao
Flor-du-Sertao (port. Flor do Sertão) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 1625 nəfərdir. Ərazisi 58,708 кm²-dir. Əhalinin sıxlığı 27,7 nəfər/кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Rojer de Flor
Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığı və Bizans İmperiyası olmaqla, Aralıq dənizi və Anadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur. Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur. 8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur.
Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq və Leykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır. 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Doral, Florida
Doral — ABŞ-nin Florida ştatındakı Mayami dairəsində yerləşən şəhərdir. 26 noyabr 2009 tarixində şəhərin əhalisinin 54116, metropoliya əhalisinin isə 5.422.000 nəfər olduğu bildirilmişdir. 6 iyun 1963-cü ildə qurulmuş və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edən və Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biri olan ABŞ Cənub Komandanlığının (ing. United States Southern Command (USSOUTHCOM)) mərkəzi Doral şəhərində yerləşir. 15 mart 2010-cu ildə aparılmış siyahıyaalmaya əsasən, şəhərin əhalisinin 29,358 nəfərdən, 3.105 evdən və 2.855 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhər əhalisinin bölgüsünün 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalılar, 0,05% Asiya mənşəlilər, 0,45% isə digər qruplardan ibarət olduğu müəyyən edilmişdir. 1 aprel 2000-ci il tarixdə aparılmış siyahıyaalmaya əsasən, şəhər əhalisinin 8261 nəfərdən, 3.047 evdən və 2.404 ailədən ibarət olduğu müəyyənləşdirilmişdir. Şəhərin əhalisinin bölgüsündə 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalı, 0,05% Asiya mənşəli, 0.45% isə digər qruplardan ibarət olduğu olduğu müəyyən edilmişdir.
Florens Pyu
Florens Pyu (ing. Florence Pugh; 3 yanvar 1996, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Oksfordda doğulan Pyu aktrisalığa 2014-cü ildə "The Falling" dram filmi ilə başlayıb.
Florens burnu
Florens burnu (rus. Флоренс (мыс), ing. Florescence) — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasının qərbində yerləşir. Şərqi Sibir dənizinə tökülən Qusinaya çayının mənsəbinə yaxın ərazidə yerləşir. Burundan cənubda Kmo gölü yerləşir. Amerikalı kapitan Berri tərəfindən 1881-ci ildə (ing. florescence) adada olarkən burnun çiçəklərlə örtülməsi səbəbi ilə "Çiçəklənən" olaraq adlandırılmışdır.
Florensiya
Florensiya (it. Firenze, ing. Florence) — dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və Renessansın vətəni sayılan İtaliyada bir şəhər. Toskana regionunun paytaxtıdır. O, Şimali Apennin dağlarının ətəklərində, Arno çayı ilə ayrılan 2 İtaliya əyaləti — Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya salan romalılar bu yerlərə Florensiya — "çiçəklənən" adı vermişlər. Nə şiddətli qibelin və qvelf qarşıdurması ( XIII əsrdə zadəganların 2 antaqonist siyasi düşərgələri), nə papa hökumətinin şəhər üzərində hakimiyyəti ələ keçirmək cəhdləri, XV əsrin sonlarında florensiyalıların azadlıq hislərinin boğulması və Cirolamo Savonarolanın tonqalda yandırılması Florensiyanın çiçəklənməsinə mane ola bilmədi. XVIII əsrə qədər Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi hər vəchlə burada incəsənətin inkişafına və şəhərin dünyanın mədəniyyət mərkzələrindən birinə çevrilməsinə çalışırdı. Florensiya — Donatello — "intibah dövrünün atalarından biri", Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli, və b. təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər olmuşdur.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Florensiya Milli Kitabxanası
Florensiya Milli Mərkəzi Kitabxanası
Florensiya Respublikası
Florensiya Respublikası (lat. Respublica Florentina, it. Repubblica fiorentina) — şimali İtaliyada 1115-1185 ci və 1197-1532 ci illər arasında mövcud olmuş müstəqil respublika.
Florensiya Universiteti
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir. Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi. 1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir. 1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir. 1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir. Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi. Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
Florenski dağlaləsi
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır.
Florenski tülpanı
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florentina süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Florestina
Florestina (lat. Florestina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Florestina latifolia (DC.) Rydb. Florestina liebmannii Sch.Bip. ex Greenm. Florestina lobata B.L.Turner Florestina pedata (Cav.) Cass. Florestina platyphylla (B.L.Rob. & Greenm.) B.L.Rob. & Greenm. Florestina purpurea (Brandegee) Rydb.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. "Qızıl top"un sahibi öldü.

Значение слова в других словарях