Fra

müəyyən müddət ərzində dövri olaraq kredit faizinin dəyişilməməsi barəsində bank, yaxud kredit təşkilatı ilə müştəri arasında razılaşma.
Fövqəladə Büdcə
Fraxt
OBASTAN VİKİ
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Erigeron fragrans
Erigeron fragrans (lat. Erigeron fragrans) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Ermənistan–Fransa münasibətləri
Fransa—Ermənistan münasibətləri — Fransa və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarixi == 24 fevral 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. 1998-ci ildə Fransa Milli Assambleyasının ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edir. B addım Türkiyənin kəskin etirazına səbəb olur. 2006-cı ildə Fransada Ermənistan ili elan edilir. 2 oktyabr 2009-cu ildə Vigen Çiteçyan Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Henri Reynaud 5 noyabr 2010-cu ildə etimadnaməsini Ermənistan Prezidenti Serj Sarkisyana təqdim edir. 1 dekabr 2011-ci ildə Vardan Sirmax Ermənistanın Marseldəki Baş Konsulu təyin edilir. 7 yanvar 2015-ci il tarixində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Charlie Hebdo redaksiyasında baş verən atışma ilə bağlı bir press-reliz yayımladı: “Parisdəki Charlie Hebdo jurnalının ofisində törədilən terror aktını qətiyyətlə pisləyirik” və “ekstremistlərin bu cür dəhşətli hərəkətlərinə heç vaxt haqq qazandırla blməz və beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində daha geniş həmrəyliyin göstərilməsinin lazım olduğunu bir daha sübut edir”. Ermənistan hökuməti ayrıca "xalqa, dost Fransanın səlahiyyətlilərinə, Charlie Hebdo jurnalının redaksiyasına və qurbanların yaxınlarına başsağlığı və dəstəyi" bildirdi.
Euphorbia franckiana
Euphorbia franckiana (lat. Euphorbia franckiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia francoisii
Euphorbia francoisii (lat. Euphorbia francoisii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia frangulaefolia
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Euphorbia frangulifolia
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Ficus fraseri
Ficus fraseri (lat. Ficus fraseri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Filip Frans fon Zibold
Filip Frans fon Zibold (alm. Philipp Franz Balthasar von Siebold‎, 17 fevral 1796[…], Vürtsburq – 18 oktyabr 1866[…], Münxen) — alman təbiətşünası və Yaponiya tədqiqatçısı. Alman fizioloqu və zooloqu Karl Ziboldun əmisi oğlu. == Əsərləri == "Flora japonica" (Leyden, 1835); "Nippon, Archief voor de beschrijving van Japan" (Leyden, 1832); "Chinezisch-japanezisches Wörterbuch" (Leyden, 1838–1841); "Catalogus librorum Japan." (Leyden, 1841); "Fauna japonica" (7 c., Leyden, 1833–1851; Temmink, Şleqel və deXaanla birlikdə); "Isagoge in bibliothecam japon." (Leyden, 1811); "Bibliotheca japonica" (6 c., Leyden, 1833–1841; Yozef Hofmanla birlikdə).
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. == Coğrafiya == Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. == Tarix == Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
For-de-Frans (rayon)
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — For-de-Frans. Rayon əhalisi 2006-cı ildə 165 494 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 967,80nəf / km². Rayon sahəsi — 171 km².
Futbol üzrə Fransa kuboku 2010/2011
Futbol üzrə Fransa kuboku 2010/2011 — Futbol üzrə Fransa kubokunun 94-cü mövsümü == İştirakçılar == Turnirdə 7449 komanda iştirak etmişdir. Bunlar peşəkar, yarımpeşəkar və həvəskar komandalar idi. == Qalib == 14 may 2011-ci tarixində keçirilən final oyununda "PSJ"-ni 1:0 hesabı ilə məğlub edən "Lill" komandası turnirin qalibi olmuşdur.
Futbol üzrə Fransa kuboku 2011/2012
Futbol üzrə Fransa kuboku 2011/2012 — Futbol üzrə Fransa kubokunun 95-ci mövsümü. == İştirakçılar == Turnirdə 7422 komanda iştirak edəcək. Bunlar peşəkar, yarımpeşəkar və həvəskar komandalardır.
Futbol üzrə Fransa Çempionatı (Liqa 1)
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Futbol üzrə Fransa çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Futbol üzrə Fransa çempionatı 2013/2014
Liqa 1 2012/2013 yarandığı gündən Fransa çempionatının 76-cı mövsümüdür.Mövsüm 9 Avqust 2013-cü ildən başlayır və 17 May 2014-cü ildə başa çatıb.PSJ çempion oldu.Əvvəlki illərdə olduğu kimi, Adidas nəzərdə tutulmuş bütün mövsüm boyu rəsmi oyunlar üçün istifadə edilən topu liqa 1 pro ilə modelləşdirmişdir. 7 May,oyununda PSJ Renn-i 2-1 məğlub etmişdir.Guingamp Monako 1-1 olmuşddur. == Mövsümün statistikası == === Qollar === Mövsümün birinci qolu: «Pari Sen-Jermenə»—«Monpele» oununda, Remi Kabellya10-cu dəqiqədə (9 avqust 2012). Mövsümün birinci avtoqolu: «Nant»—«Bastiya» oyununda Jyulen Palmeri, 90+1 dəqiqə (10 avqust 2013). Mövsümün birinci penaltisi:«Valensyen» — «Tuluza» oyununda Maor Melikson, 37 dəqiqə (10 avqust 2013). Mövsümün birinci dublu: «Nitsa» — «Olimpik Lion» oyununda, Aleksandr Lyakazett 69 dəqiqə (10 avqust 2013). Mövsümdə birinci het-trik: «Monako» — «Monpele» oyununda Emmanyuel River, 79 dəqiqə (18 avqust 2013). Mövsümdə ən böyük hesablı qələbə: 5 qol «Tuluza» 0:5 «Renn» (26 oktyabr 2013) «PSJ» 5:0 «Soşo» (7 dekabr 2013) «PSJ» 5:0 «Nant» (19 yanvar 2014) Bir oyunda ən çox vurulan qolların sayı: 8 qol «Loryan» 4:4 «Monpelye» (20 aprel 2014) . «Valansyen» 2:6 «Nant» (20 aprel 2014)) === Qayda pozmaları === Mövsümün birinci sarı kartı: «Pari Sen-Jermen»-nin «Monpeley»-ə qarşı oyununda, Marko Verratti 32-ci dəqiqə (9 avqust 2013). Bir oyun ərzində ən çox verilən sarı kartların sayı: 9 «Ayaçço» 2:1 «Lion» — 5 «Ayaçço» və 4 «Lion» (25 sentyabr 2013) Bir oyun ərzində ən çox verilən qırmızı kartların miqdarı: 2 10 avqust 2013 «Nant» 2:0 «Bastiya» — 1 «Nant» (Veretu Jordanı) və 1 «Bastiya» (Araujo Dall'İnya) 29 sentyabr 2013 «Ayaçço» 1:1 «Monpelye» — 1 «Ayaçço» (Klod Qonsalviş) və 1 «Monpele» (Yassin Djebbur) 26 oktyabr 2013 «Bastiya» 1:0 «Nitsa» — 1 «Bastiya» (Djanni Bruno) və 1 «Nitşe» ( Maman Traore) 2 noyabr 2013 «Soşo» 0:0 «Sent-Etyen» — 1 «Soşo» (Petryu Buma) və 1 «Sent-Etyen» üçün (Kurt Zuma) 4 dekabr 2013 «Genqam» 0:1 «Bordo" — 1 «Genqam» (Klaudio Bovyu) və 1 «Bordo» (Lukas Orban) 4 dekabr 2013 «Monpele» 0:2 «Loryan» — 2 «Monpelye» (Vitorino İlton və Al-Kautari Əbdülhəmid) 8 dekabr 2013 «Tuluza» 1:1 «Monpele» — 1 «Tuluza» (Jonatan Zebina) və 1 «Monpele» ( Daniel Konqre) 11 yanvar 2014 «Bordo» 0:1 «Tuluza» — 1 «Bordo» ( Maksim Pundje) və 1 «Tuluza» (Uroş Spaiç) 22 mart 2014 «Nant» 2:1 «Monpelye» — 2 «Monpelye» (Joris Marvo və Daniel Konqre) 5 aprel 2014 «Tuluza» 1:2 «Lill» — 2 «Lill» (Berya Frank və Pap Suare) 6 aprel 2014 «Valansyen» 1:2 «Lion» — 1 «Valansyen» (Marko da Silva) və 1 «Lion» ( Remi Verkutr) 26 aprel 2014 «Evian» 1:2 «Sent-Etyen» — 2 «Evian» ( Yussuf Sabali və Sedrik Kambon) == Mükafatlar == Fransa peşəkar Milli futbol İttifaqının versiyasına görə Ən yaxşı oyunçu - Zlatan İbrahimoviç («PSJ») Ən yaxşı gənc oyunçu - Marko Verratti («PSJ») İlin qapıçısı - Salvator Siriqu («PSJ») İlin məşqçisi - Remi Qard («Lion») Simvolik yığma Liqa 1 -2013/14 mövsümü: Siriqu — Ore, Tiaqo Silva, Perren, Kurzava — Verratti, Tiaqo Motta, Lakasett, Hames Rodriqes — Kavani,İbrahimoviç.
Gagea fistulosa var. fragerifera
Gagea fragifera
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Graciela frankenioides
Strotheria (lat. Strotheria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Strotheria gypsophila B.L.Turner Sinonim Graciela frankenioides Rzed.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Hibiscus fraternus
Rozella (lat. Hibiscus sabdariffa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. Bitki qabığı fibra istehsalı üçün və infuziya kimi istifadə edilir. Köhnə dünyanın tropik bölgələrində bitir. == Sinonimləri == Abelmoschus cruentus (Bertol.) Walp. Furcaria sabdariffa Ulbr. Hibiscus cruentus Bertol. Hibiscus fraternus L. Hibiscus palmatilobus Baill. Sabdariffa rubra Kostel.
Hyalosema fraudulentum
Bulbophyllum arfakianum (lat. Bulbophyllum arfakianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hümmət fraksiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
I Con (Fransa kralı)
I Con (fr. Jean Ier) və ya Atasız Con (fr. Jean le Posthume) (15 noyabr 1316, Paris – 20 noyabr 1316, Paris) — Fransa tarixinin ən gənc və ən qısa səltənəti olan Fransa və Navarra kralı. Atası Fransa kralı X Lüdovik hamilə xanımı Klementinayla ilk xanımından dünyaya gələn 4 yaşlı qızı Jannanı geridə qoyaraq 5 iyun 1316-cı ildə vəfat etdi. I Conun dünyaya gəldiyi 1316-cı ilin noyabr ayınadək isə əmisi Uzun Filipp kral naibi olaraq krallığı idarə etdi. 15 noyabr günü doğulan I Con cəmi 5 gün sonra vəfat etdi. Fransa kralı ünvanıyla doğulan yeganə şəxs olması və cəmi 5 gün davam edən səltənətiylə Fransa tarixində iz qoymuşdur. Ölümünün ardından kral naibi olan əmisi Uzun Filipp Reyms şəhərində özünü kral elan etdi. == Mənbə == Carpegna Falconieri, Tommaso di (19 September 2008). The Man Who Believed He Was King of France.