Fra

müəyyən müddət ərzində dövri olaraq kredit faizinin dəyişilməməsi barəsində bank, yaxud kredit təşkilatı ilə müştəri arasında razılaşma.
Fövqəladə Büdcə
Fraxt
OBASTAN VİKİ
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Cucumis melo var. fraiduni
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dactylophyllum fragaria
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Demokratik Fransız Müsəlmanlar Partiyası
Demokratik Fransız Müsəlmanlar Partiyası (fr. Union des démocrates musulmans français) və ya qısaca: UDMF — Fransada müsəlmanlardan ibarət ilk siyasi partiya 2015-ci ilin fevral ayında yaradılmışdır. 2015-ci ilin mart ayında keçirələcək seçkilərdə iştirak etməsi gözlənilir.
Dictamnus fraxinella
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Dictamnus fraxinella var. caucasica
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Dictamnus fraxinellus
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Diderix Frans Leonard fon Şlextendal
Diderix Frans Leonard fon Şlextendal (alm. Diederich Franz Leonhard von Schlechtendal‎, 27 noyabr 1794, Ksanten – 12 oktyabr 1866, Halle, Saksoniya[d]) — Alman botaniki. Animadversiones botanicae in Ranunculaceas. Berlin, 1819—1820. Flora berolinensis. Berlin, 1823—1824. Adumbrationes plantarum, 1825—1832. Flora von Deutschland. 24 Bände mit 2400 Tafeln, Yena, 1840—1873 (zusammen mit Christian Eduard Langethal und Ernst Schenk), 5. Auflage in 30 Bänden von Ernst Hans Hallier 1880—1887.
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma — 1987-ci ildə imzalanmış və Dominika ilə Fransız adaları Qvadelupa və Martinik arasındakı dəniz sərhədini təyin etmişdir. BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın prinsiplərinə əsaslanan Mərkəzi Amerika / Qərbi Hindistan bölgəsindəki ilk beynəlxalq dəniz hüququ müqaviləsi idi. Saziş 7 sentyabr 1987-ci ildə Parisdə imzalanmışdır. Razılaşmanın mətni iki sərhəd qoyur. Birinci sərhəd Dominikanı şimaldakı Qvadelupadan ayırır, uzunluğu 298 dəniz milidir (552 km) və Dominika boğazından təxminən şərq-qərbə uzanan sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Səkkiz ayrı məlumat nöqtəsi ilə təyin olunmuş yeddi düz dəniz hissəsindən ibarətdir. Daha cənub sərhəd Dominikanı cənubdakı Martinik ilə ayırır. Sərhəd 294 dəniz mili (544 km) uzunluğundadır və Martinik boğazından təxminən şərq-qərbdən keçən və ilk sərhədyə təxminən paralel keçən sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Altı ayrı koordinat nöqtəsi ilə təyin olunan beş sətir seqmentindən ibarətdir. Anderson, Ewan W. (2003).
Don Fransisko de Velasko
Tanaka Şosuke (田中勝介, XVI əsr, Heyan-kyo[d] – XVII əsr) – XVI-XVII əsrlərdə yaşamış Yaponiya taciri. Sakit okeanı keçən ilk yapon hesab olunur. Qərbdə Don Fransisko de Velasko adı ilə tanınmışdır. 1609-cu ildə Filippinin keçmiş canişini olan Don Rodriqo Vivero de Velasko Yaponiyanın Kazusa əyaləti sahillərində dəniz qəzasına uğramışdır. 1610-cu ildə onu Yeni İspaniyaya qədər müşayiət edən 20 nəfərlik Yaponiya nümayəndliyinin başçısı Tanaka Şosuke idi. Tanaka özü ilə Tokuqava İeyasunun adından hədiyyələr və şəxsi mesaj aparmış, Yaponiya ilə Yeni İspaniya arasında ticarət əlaqələrinin qurulmasını ümid etmişdir. Həmin dövrdə yaşamış yerli tarixçi Çimalpain onu belə təsvir etmişdir: Tanaka Yeni İspaniyada uğursuz olmuş, 1611-ci ildə təşəkkür məqsədilə Yaponiyaya göndərilmiş ispan nümayəndə Sebastyan Viskaino ilə birlikdə Yaponiyaya qayıtmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Drakula Frankenşteynə qarşı (film, 1971)
Drakula Frankenşteynə qarşı (ing. Dracula vs. Frankenstein) — 1971-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula Frankenşteynə qarşı — Internet Movie Database saytında.
Drom (kommuna, Fransa)
Drom (fr. Drom) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01150. 2010-ci ildə əhalinin sayı 209 nəfər təşkil edirdi.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Echinops fraudator
Echinops fraudator (lat. Echinops fraudator) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. İranda və İraqda yayılmışdır. Echinops armatus var. cryptadenus Rech.f. Echinops armatus var. papillosus Rech.f. Echinops kermanshahanicus var. papillosus (Rech.f.) Mozaff. Echinops rechingeri var.
Emil Frantişek Burian
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Emil Frantişek Buriel
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Ermənistan–Fransa münasibətləri
Fransa—Ermənistan münasibətləri — Fransa və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. 24 fevral 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. 1998-ci ildə Fransa Milli Assambleyasının ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edir. B addım Türkiyənin kəskin etirazına səbəb olur. 2006-cı ildə Fransada Ermənistan ili elan edilir. 2 oktyabr 2009-cu ildə Vigen Çiteçyan Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Henri Reynaud 5 noyabr 2010-cu ildə etimadnaməsini Ermənistan Prezidenti Serj Sarkisyana təqdim edir. 1 dekabr 2011-ci ildə Vardan Sirmax Ermənistanın Marseldəki Baş Konsulu təyin edilir. 7 yanvar 2015-ci il tarixində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Charlie Hebdo redaksiyasında baş verən atışma ilə bağlı bir press-reliz yayımladı: “Parisdəki Charlie Hebdo jurnalının ofisində törədilən terror aktını qətiyyətlə pisləyirik” və “ekstremistlərin bu cür dəhşətli hərəkətlərinə heç vaxt haqq qazandırla blməz və beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində daha geniş həmrəyliyin göstərilməsinin lazım olduğunu bir daha sübut edir”. Ermənistan hökuməti ayrıca "xalqa, dost Fransanın səlahiyyətlilərinə, Charlie Hebdo jurnalının redaksiyasına və qurbanların yaxınlarına başsağlığı və dəstəyi" bildirdi.
Estadio Francisco Artes Carrasco
Estadio Francisco Artes Carrasco İspaniyanın Lorca şəhərində çox məqsədli olaraq inşa edilən stadion Stadionda əksəriyyətlə Futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Lorca Deportiva komandasının matçlarını oynadığı stadion 8.000 tamaşaçı tutumuna malikdir.
Faren (Fransa)
Faren (fr. Fareins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01157. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 30 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 2137 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1535 nəfər (15-64 yaş) arasında 1007 nəfər iqtisadi fəal, 349 fəaliyyətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 75.4%) idi. 1007 fəal sakindən 953 nəfər (505 kişi və 448 qadın) işləyir, 54 nəfər işsizdir (22 kişi və 32 qadın).
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
For-de-Frans (rayon)
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — For-de-Frans. Rayon əhalisi 2006-cı ildə 165 494 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 967,80nəf / km². Rayon sahəsi — 171 km².
Foss (Fransa)
Foss (fr. Fosses) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 9.998 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimalında, Serji bələdiyyəsinin 32 km şərqində yerləşir.
Fransa Coğrafiya Cəmiyyəti
Fransa Coğrafiya Cəmiyyəti (fr. Société de Géographie) — Fransa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Paris şəhərində yerləşir. Cəmiyyətin əsası elmi təşkilat kimi 15 dekabr 1821-ci ildə qoyulmuşdur. Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Fransa Direktoriyası
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.