Erməni fraksiyası (AXC)

Erməni fraksiyasıAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi.[1]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Erməni fraksiyası
Lideri Arşak Paronyan
Quruluş tarixi 1918
Dağılma tarixi 27 aprel 1920
İdeologiya Erməni millətçiliyi
İdeoloji spektr ifrat sağ
Müttəfiqlər Daşnaksutyun
Erməni Milli Şuraları
Parlamentdə
5 / 120
(27 aprel 1920)
Hökumətdə
0 / 15
(24 dekabr 1920)


Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu.[2] Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi:[1]

" Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix bizdən asılı olmayaraq, hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Biitiin Azərbaycan vətəndaşları millət və məzhəb fərqinə baxmayaraq, bir vətənin övladlarıdı, onlar öz səadətlərini qurmaq üçün bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər. "

Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən ermənirus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.[3]

Erməni fraksiyasının 5 üzvü olmuşdur:

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998
  2. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.
  3. Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920