Hümmət fraksiyası

Hümmət fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Hümmət Partiyasını (menşeviklər) təmsil edən fraksiya.

Haqqında[redaktə | mənbəni redaktə et]

Hümmət Fraksiyasına Səməd ağa Ağamalıoğlu başçılıq edirdi. Hümmət Partiyasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində əvvəl 5 deputat, daha sonra isə 8 deputat təmsil edirdi.

Fraksiyanın üzvü Əkbər ağa Şeyxülislamov Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinə daxil edilmişdi. Fraksiyasının üzvləri Parlamentin maliyyə-büdcə, təsərrüfat, aqrar, sorğu komissiyalarının tərkibinə daxil edilmişdilər.

Fraksiyanın üzvü Qasım bəy Camalbəyov Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti açılarkən, Hümmət fraksiyası tərəfindən Əkbər ağa Şeyxülislamov çıxış edərək, Parlament üzvlərini partiyanın bəyannaməsi ilə tanış etmişdi. Bəyannamədə fəhlə hüququ, qadın azadlığı, torpaq məsələsi kəskin şəkildə qoyulurdu. Fraksiya hökumət qarşısında konkret tələblər irəli sürürdü.

Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi aqrar komissiyanın yaradılması da təsadüfi deyildi. Belə ki, kəndlilərin ağır vəziyyəti Parlamenti xüsusi komissiya yaratmağa məcbur etdi. Lakin aqrar komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələrinin heç biri qanun statusu almadı və bununla, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün zəruri olan ən mühüm məsələlərdən biri həll olunmamış qaldı. Hümmət Partiyasından olan deputatlar da sosialistlər fraksiyası tərkibində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə münasibətdə kəskin müxalifətdə olmuş və Şimali Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasında fəal rol oynamışlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Bakuspor Futbol Klubu

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 433