franko
franko-bort
OBASTAN VİKİ
Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Ceyms Franko
Ceyms Edvard Franko (19 aprel 1978[…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir. Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir. O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır. == Karyerası == Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. == Həyatı == === Erkən illəri === Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Franko Modilyani
Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Franko Trappoli
Franko Trappoli (it. Franco Trappoli; 5 noyabr 1947, Orvieto, İtaliya) — İtaliyalı siyasətçi, İtaliya Sosialist Partiyasının üzvü. == Həyatı == 1947-ci ildə Orvietoda anadan olmuşdur. O, iqtisadiyyat və sosial elmlər sahəsində təhsil almışdır. 1980-1983-cü illərdə Fano bələdiyyəsinin başçısı olub. 1983–1987-ci və 1992–1994-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. Franko Trappoli İtaliya Deputatlar Palatasına üzv seçilmiş ilk buddist kimi tarixə düşdü.
Franko Zeffirelli
Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb. == Həyatı == Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir. İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
İvan Franko
İvan Yakovleviç Franko (ukr. Іван Якович Франко; 27 avqust 1856[…], Naqueviçi[d] – 28 may 1916[…], Lvov, Sisleytaniya, Avstriya-Macarıstan) — yazıçı, şair, alim, publisist, Qalisiya və Lodomeriya krallığında (Avstriya-Macarıstan imperiyası) inqilabi sosialist hərəkatının lideri. Əsərlərin əhəmiyyətli bir hissəsi ukrayna, polyak, alman və rus dillərində yazılıb. 1915-ci ildə o, Nobel mükafatına namizəd göstərilib. Lakin vaxtından əvvəl ölümü onun namizədliyinin nəzərdən keçirilməsinə mane oldu. İvan Franko Avstriyada fəaliyyət göstərən “Rusiya-Ukrayna Radikal Partiyası” (sonralar “Ukrayna Radikal Partiyası” – URP) və Ukrayna Milli Demokratik Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub. Frankonun şərəfinə Stanislav şəhərinin adı dəyişdirilərək İvano-Frankovsk, Lvov vilayətində isə Yanov kəndinin adı dəyişdirilərək İvano-Frankovsk adlandırılıb. == Həyatı == İvan Franko varlı kəndli dəmirçi ailəsində anadan olub. Anası Mariya Kulçitskaya, kasıb Rusin zadəgan Kulçitski ailəsindən idi. O, ərindən 33 yaş kiçik idi.
Olqa Franko
Olqa Franko (ukr. Ольга Федорівна Білевич, 24 iyul 1896 və ya 1896, Vırov[d], Lvov vilayəti – 27 mart 1987 və ya 1987, Lvov) — Ukraynalı aşpaz, kulinariya kitablarının müəllifi. SSRİ dövründə Olqa Frankonun yemək kitabları "burjua" ədəbiyyatı kateqoriyasına aid olduğu üçün nəşr olunmurdu. == Həyatı == Olqa Franko 24 iyul 1896-cı ildə anadan olmuşdur. O, iki il Vyanada Ali Kənd Təsərrüfatı Məktəbində kulinariya sahəsi üzrə təhsil almışdır. Olqa Franko 1929-cu ildə Kolomyada nəşr olunan Praktik Mətbəx (ukr. практична кухня) kitabını, qalisian reseptlərinə yönəlmiş bir kitab yazır. Burada təxminən 20% Ukrayna reseptləri öz əksini tapırdı. Bu kitabın Ukrayna mətbəxi haqqında ilk resept kitablarından biri olduğu deyilirdi. Kitab 1991-ci ildə Praktiki Mətbəx adı ilə yenidən nəşr olunur və 2019-cu ildə Marianna Duşarın ön sözü ilə yenidən çapa verilir.
Anbar (Bukan)
Anbar (fars. انبار‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (36 ailə).
Anbar (dəqiqləşdirmə)
Anbar — hər hansı məhsulun saxlanıldığı yer.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü. == Ümumi məlumat == Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.
Anbar mühafazası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Anbar mühafəzası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Bərf Anbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Anbar qəbzi
Anbar qəbzi — malların anbarda saxlanmağa qəbulunu təsdiq edən mühafizə sənədi. Sertifikat əslində saxlama müqaviləsinin bağlanmasının sübutudur, baxmayaraq ki, saxlama özü ayrıca müqavilə ilə rəsmiləşdirilir. Saxlama müqaviləsi bağlanarkən əmanətçiyə anbar şəhadətnaməsi və ya qəbz verilir. Qəbzdən fərqli olaraq şəhadətnamə təqdim edən qiymətli kağızdır, yəni anbar qəbzi verildikdə orada göstərilən hüquqlar keçir. Anbar mal verənin malını saxlamağa və saxlama müqaviləsində müəyyən edilmiş haqq müqabilində geri qaytarmağa borcludur; bu halda mükafatın ödənilməsinə anbar şəhadətnaməsinin sahibi deyil, əmanətçi cavabdehdir. Sertifikat sahibi malları sertifikatda göstərilən müddətdə anbardan götürmədikdə, mallar əmanətçiyə qaytarılır. == ABŞ-da == Birləşmiş Ştatlarda anbar qəbzləri müxtəlif yurisdiksiyalar tərəfindən qəbul edilən Vahid Kommersiya Məcəlləsinin 7-ci maddəsi ilə tənzimlənir. Anbar qəbzləri həmçinin adlandırılmış saxlama anbarında müəyyən kəmiyyət, növ və keyfiyyətli əmtəənin mövcudluğuna və mövcudluğuna zəmanət verir. O, həmçinin gələcək tarixdə dərhal çatdırılma və ya çatdırılma üçün mülkiyyət hüququnun ötürülməsini göstərə bilər. Faktiki əmtəənin çatdırılması əvəzinə, başa çatmaqda olan fyuçers müqavilələrinin ödənilməsi üçün müzakirə edilə bilən anbar qəbzləri istifadə olunur.
Aşağı Anbar (Çaldıran)
Aşağı Anbar (fars. انبارسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (48 ailə).
Yuxarı Anbar (Çaldıran)
Yuxarı Anbar (fars. انبارعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (20 ailə).
Anbar-i Maran (Çaldıran)
Anbar-i Maran (fars. انبارماران‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (27 ailə).
Meşk-i Anbar (Vərziqan)
Meşk-i Anbar (fars. مشك عنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (50 ailə).
Qırmızıdaş-i Anbar (Çaldıran)
Qırmızıdaş-i Anbar (fars. قرمزي داش انبار‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.