Füruzan
Füruzan (türk. Füruzan; anadan olanda Firuzə Çerçi, 29 oktyabr 1932, İstanbul – 11 fevral 2024, İstanbul) — Türkiyə yazıçısı. Çağdaş türk ədəbiyyatının önəmli isimlərindən biridir. Türk hekayəçiliyində ümumiyyətlə "kiçik insanlar" adlandırılan cəmiyyətin məzlum, məğlub, həssas daxili aləmlərindən yazmışdır. Kiçik hekayə ilə yanaşı şeirdən romanlara, səyahət yazılarına, oçerklərə və uşaq ədəbiyyatına qədər müxtəlif ədəbiyyat janrlarında əsərlər yaratmış və bəzi hekayələri teatr səhnəsinə və kino ekranına çıxmışdır. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal və Ədalət Ağaoğlu ilə şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir.
Əsərlərinin böyük qismi əsasən sosial problemlərə həsr olunmuşdur.
Rejissoru olduğu Sinemalarım filmi Türk kinosu tarixinin ən uğurlu əsərlərindən biri sayılır.
== Həyatı ==
29 oktyabr 1932-ci ildə İstanbulda anadan olub.