Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir.
Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
== Toponimikası ==
Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.