görüntü
görünüşdə
OBASTAN VİKİ
Görünüş (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə "düzgün", dəqiq olur. Tut: PERSPECTIVE VIEW. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bakı şəhərinin dənizdən görünüşü (şəkil)
Vereşagin tarixi şəhərlərin təsvirə böyük maraq göstərmişdir. 1951-ci ildə Moskvanın incəsənət fondunnan Azərbaycan Milli İncəsənət Muzeyinə təmənnasız şəkildə verilib. Şəhərin tarixi burda əksini tapıb, Bakı tədricən sənaye şəhəri olub və bu şəkildə qala divarlarının hüdudlarından kənarında yerləşən əlavə tikililəri görmək olar.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Timsah görünüşlü ət piroqu
Toledonun görünüşü
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.
Toledonun görünüşü (El Qrekonun rəsmi)
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.
Fuci dağının 100 görünüşü (hekayə)
Fuci dağının 100 görünüşü (富嶽百景, Fuqaku Hyakkey) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1939-cu ildə nəşr olunmuş avtobioqrafik hekayə. == Məzmun == Hekayə protaqonistin (yazıçının özünə əsaslanıb) 1938-ci ilin payızında yaşadığı təcrübələri təsvir edir. Onun Fuci dağı barədə təəssüratları mənfidir və gözəlliyinin şişirdilmiş olduğunu düşünür, hətta Fuci dağının Tokiodan olan mənzərəsinin çirkin olduğunu bildirir və Utaqava Hiroşiqenin Fuci təsvirlərinin yanlış olduğunu hesab edir. Yazıçı bu zehniyyətdən qurtulmaq üçün Fuci dağının gözəl mənzərəsi ilə tanınan Misaka keçidinə səyahət edir və burada dostu Masuci İbuse ilə görüşür. İbuse burada yeni əsərlər yazmaqla məşğuldur. Ailəsi yazıçı üçün evlilik təşkil etdiyi üçün Masuci onu Kofuya apararaq qızla tanış edir. Fuci dağının Kofudakı mənzərəsindən təsirlənən yazıçı qızla evlənməyə razı olur, daha sonra Misakaya qayıdır. Yazıçı vaxtının çoxunu Misaka yerləşən çay evində keçirir, Fuci dağını seyr etməyə gələn turistlərə kinayə ilə yanaşır. Onun Fuci dağı haqqında fikirləri mənfi olsa da, burada vaxt keçirdikcə və Fuci dağının mənzərəsini seyr etdikcə fikri dəyişməyə başlayır. O, Misakadan Kofuya yolda düşməyə hazırlaşarkən yolda iki gənc qızla rastlaşır.
Kompüter görünüşü
Kompüter görünüşü kompüterlərin dünyanı insanlar kimi "görmək" və şərh etmək üçün görüntüləri necə "anlaya" biləcəyini araşdıran kompüter elminin bir sahəsidir. Bu sahə, kompüterlərə kameralar və sensorlar vasitəsilə əldə edilən görüntüləri təhlil etmək, anlamaq və onlardan məlumat çıxarmaq imkanı verən alqoritmlər, metodlar və sistemlər inkişaf etdirir. == Kompüter görünüşünün əsas tapşırıqları == Təsvir əldə etmə: Görüntüləri kameralar və sensorlar vasitəsilə rəqəmsal formatda əldə etmək. Ön işləmə: Görüntülərdəki səs-küyü azaltmaq, kontrastı artırmaq və digər təkmilləşdirmələr etmək. Xüsusiyyət çıxarılması: Görüntülərdən obyektləri, kənarları, rəngləri və teksturaları təsvir edən xüsusiyyətləri çıxarmaq. Seqmentasiya: Görüntüyü fərqli obyektlərə və ya bölgələrə ayırmaq. Obyekt aşkarlanması və tanıması: Görüntülərdə müəyyən obyektlərin mövcudluğunu və yerini müəyyən etmək. İzləmə: Görüntü ardıcıllığında obyektlərin hərəkətini izləmək. 3D rekonstruksiya: 2D görüntülərdən 3D modellər yaratmaq. == Kompüter görünüşünün tətbiq sahələri == Kompüter görünüşü müxtəlif sahələrdə geniş tətbiq olunur: Səhiyyə: Tibbi görüntülərin təhlili, xəstəliklərin diaqnozu və cərrahi əməliyyatların dəstəklənməsi.

Значение слова в других словарях