Uzaq gələcəyin xronologiyası
Gələcək heç vaxt tam dəqiqliklə proqnozlaşdırıla bilməsə də, müxtəlif elm sahələrindəki mövcud anlayışlar, yalnız ən geniş kontekstdə olacağı təqdirdə, uzaq gələcəkdə baş verəcək və ya baş vermə ehtimalı olan hadisələrin təxmin edilməsinə imkan verir. Bu sahələrə planetlərin və ulduzların necə meydana gəldiyini, bir-birinə qarşılıqlı təsir etdiyini və ölməsini ortaya qoyan astrofizika, maddə və radiasiya meydana gətirən ən kiçik hissəciklərin təbiətini öyrənən hissəciklər fizikası, zamanla həyatın necə inkişaf edəcəyini proqnozlaşdıran təkamül biologiyası və qitələrin minilliklər boyu necə dəyişdiyini tədqiq edən plitələr tektonikası daxildir.
Yerin, Günəş sisteminin və kainatın gələcəyinə dair bütün proqnozlar entropiya və ya iş üçün lazım olan enerji itkisinin vaxtla artmalı olduğunu ortaya qoyan termodinamikanın ikinci qanununu nəzərə almalıdır. Ulduzlar gec-tez öz hidrogen yanacağını tükəndirəcək və əbədi olaraq sönəcəklər. Cazibə qüvvəsindən asılı olaraq öz ulduz sistemləri ətrafında dövrə vuran planetlər kimi astronomik obyektlər və bu ulduz sistemlərinin içində olduğu qalaktikalar arasında toqquşmalar da qaçınılmazdır.
Fiziklər ən sabit maddələrin də subatom hissəciklərinə parçalandığı bildikləri üçün maddənin nəticədə radioaktiv çürümənin təsiri altında olacağını gözləyirlər. Mövcud elmi araşdırmalar kainatın düz bir həndəsəyə (və ya düzə çox yaxın) sahib olduğuna və bu kainat sona çatdıqdan sonra özündə dağılmayacağına və sonsuz gələcək bir sıra kütləvi qeyri-mümkün hadisələrin baş verməsinə, məsələn, Bolsman beyninin əmələ gələcəyinə işarə edir.
Burada göstərilən vaxt cədvəli XI minilliyin əvvəllərindən gələcək zamanın ən uzaq nöqtələrində baş verəcək və ya baş vermə ehtimalı olan hadisələri əhatə edir. İnsanların məhv olacağı, protonların çürüməsi və Günəşin qırmızı nəhəngə çevrildiyi zaman yerin yaşayıb-yaşamayacağı kimi hələ də həll olunmamış bir sıra alternativ hadisələr cədvəldə verilmişdir.