Sükanla idarənin gücləndiriciləri
Sükanla idarənin gücləndiriciləri - sükanla idarədə sükana tətbiq olunan gücü azaltmaq və bununla idraə komfortunu artıqrmaq məqsədi daşıyan mexanizm və sistemlərlərdir.
Minik avtmobillərində bel gücləndiricilərin olması mütləq deyil. Yek avtomobillərində isə onsuz idarə çox çətin olur, ona görə də, burada güclındiricilər konstruksiyanın tərkib hissəsi sayılır.
=== Növləri ===
Sükan elektrik gücləndiricisi,
Sükan elektro-hidravlik gücləndiricisi,
Sükan hidrogücləndiricisi,
Sükanın mexaniki gücləndiricisi- burada effekt ötürmə nisbətinin artırılması hesabına əldə edilir.
Sükan pnevmogücləndiricisi.
=== Tarixi ===
İlk sükan gücləndiricisi keçən əsrin 30-cu illərində ağır texnika sayılan karxana yük maşınlarnda tətbiq olunmuşdur. Əvvəlcə əyləc kompressoruna qoşulmuş, sadə konstruksiyaya malik pnevmogücləndiricilər mövcud idi. Ancaq hidravlika daha təmiz və dəqiq olduğundan, onun mürəkkəbliyinə və bahalığına baxmayaraq tezliklə istifadə olubnmağa başlayır. Buna görə də, minik avtomobillərində o önə çəkilir. 1951-ci ildə Amerikada istehsal olunan Chrysler Crown Imperial avtomobillərində hidrogücləndiricilər standart düyüm kimi quraşdırılır.