Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü == Həyatı == Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. == Həyatı == Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. == Filmoqrafiya == Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Minhva
Minhva ( Hanqıl: 민화 ) daha çox səyahət edən və ya naməlum sənətçilər tərəfindən rəsmi təlimi olmadan meydana gələn Koreya xalq sənətinə aiddir. Minhva Yanagi Muneyoshi tərəfindən yaradılmışdır. Minhva-nın hərfi mənasında "xalqın boyası" və ya "məşhur rəsm" deməkdir. Bu rəsm növü keçmişdən miras qalan üslublara, kanonlara və janrlara sadiq qalaraq adsız sənətkarların rəsmləri idi. Minhva həmçinin özündə sehirli aspektlər də cəmləşdirirdi. Minhvaların faydalı kəramətlərə sahib olduqlarına həmçinin sahiblərini və ailələrini pis qüvvələrdən qoruduqlarına inanılırdı. Durnalar, qayalar, su, buludlar, günəş, ay, şam ağacları, tısbağalar, böcəklər və çiçəklər kimi populyar mövzuları özündə birləşdirirdi. Minhva sənəti inkişaf edərək on yeddinci əsrdə bugünkü halına keçid etdi. Minhva sənətçiləri bir yerdən başqa yerə gəzən adi insanlardıki, ümumiyyətlə yerli xalq üçün rəsm çəkəcəkləri festivallara qatılaraq öz işlərini yerinə yetirirdilər. Həyatlarının önəmli mərhələləri minhva rəsmlərinin boyanması ilə əhatə edilmişdir.
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. == Xarici görünüşü == Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. == Həyat tərzi == Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Mizhar
Mizhar Mizhar xəyalların təcəssümüdür. Bu obraz məxfilikdə özünü sirr edə bilən birinin simvoluna bənzəyir. Dustaqlara azad, azadlara diri sayılan kəs azad olmayandır. Onun qisasçısısı isə Mizhardır.. İnsanlar varolduqları gündən bu günə qədər yasamın nə olduğunu, niyə və necə var olduqlarını araşdırırkən, mühüm bir məsələni gözdən qaçırırlar. Nədir o mühüm məsələ? O, şifrələnmiş bir mətndə qeyddir. Mətni tap, şifrəni həll et, dünyaya çatdır... Vaqiəni qarşıla.. Bu mütləq olacaq..
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir.Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Maniac (mahnı)
Maniac (ing. Manyak) – Maykl Sembello tərəfindən 1983-cü ildə ifa edilmiş sinql. Musiqi həmin ildə "Parıltılı rəqs" filmində səslənmişdir. == Mükafatlar == "Maniac" mahnısı "Parıltılı rəqs" (ing. Parıltılı rəqs) filminin orijinal saundtrekləri siyahısına daxildir. Bu mahnı Oskar mükafatının nominasiyasına layiq görülə bilməmişdir. Çünki mahnının orijinal versiyası film üçün hazırlanmamışdır. "Parıltılı rəqs" filminin saundtreklərinə daxil olan İren Kara tərfindən ifa edilən "Flashdance... What a Feeling" (ing. Parıltılı rəqs...
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır == Görünüşü == Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. == Həyat tərzi == Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Mithas Turan
Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü == Həyatı == Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir. Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 6 may 1992-ci ildə Abakanda vəfat etmişdir. == Yaradıcılığı == Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir.
Neoseiulus micmac
Neoseiulus micmac (lat. Neoseiulus micmac) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Sinhal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Zinhar (Tikantəpə)
Zinhar (fars. زنهاركندي‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Bulbophyllum minax
Bulbophyllum minax (lat. Bulbophyllum minax) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Kosa Mihal
Mixail Kosses və ya İslamı qəbul etdikdən sonrakı adı Abdullah Kosa Mihal Qazi (qısaca Abdullah Qazi və ya Kosa Mihal) (?-1328) — Bizans tabeliyində Çirmenkiya (Harmanqaya) təkfuru (başçısı), daha sonra 1303-cü ildən Osmanlı tabeliyində yenə Harmanqaya sancaqbəyliyinin (və ya uc bəyliyinin) sancaqbəyi (və ya uc bəyi), həmçinin Osmanlıda Akınçı bölüyünün qurucusu, Mihaloğulları nəslinin əcdadı. == Kökü == Mixail Kossesin hansı nəslə aid olduğu mübahisəlidir. Tarixçi Yozef fon Hammer və bir sıra tarixçilər, Mixail Kossesin Paleoloq sülaləsindən olduğunu iddia edirlər. Bir nəzəriyyəyə görə, Mixael Kossesin mənşəyi. John III. Doukas Vatazesin sərhəd qüvvəsi kimi yerləşdirdiyi Kuman-Qıpçaqlara əsaslanır. == Bizansın Çirmenkiya Təkfurluğunun təkfuru Mixail Kosses == Mixail Kosses 1303-cü ilə qədər İmperator II Andronikos Paleoloqos tərəfindən Çirmenkiya təkfuru təyin edilmişdir. == Osmanlıda Harmanqaya sancaqbəyi Abdullah Bəy == 1303-cü ildə Osman Qazi ilə Əskişəhir bəyi arasında bir toqquşmada Mixail Kosses Əskişəhər bəyinin tərəfində döyüşür və əsir düşür. Nəticədə Mixail Kosses müsəlman olur və daha əvvəl Osman Qazi tərəfindən fəth edilmiş Harmanqayaya (keçmiş Çirmenkiyaya) yenidən rəhbər təyin edilir. Kosa Mihal Mihaloğulları nəslinin əcdadı və Axıncı bölüyün qurucusudur. == Kinoda == Quruluş 1299 adlı serialda Əhməd Məkin tərəfindən canlandırılmışdır.
Li Minho
Lee Min-ho, səhnə adı ilə Lee Know (kor. 리노; 25 oktyabr 1998) Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in reperi, rəqqası, vokalistidir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, o 16 mahnının müəllifidir. == Bioqrafiya == Li Minho 25 oktyabr 1998-ci ildə Gimpo, Gyeonggi-do, Cənubi Koreyada anadan olub.İbtidai və orta təhsilini Daegot məktəbində və liseyi Gimpo Jeil Texniki Liseyini bitirmişdir. Orta məktəbdə rəqslə maraqlanan Minho tez-tez rəqs məşqlərini izləyir və rəqs hərəkətlərini təkrarlamağa çalışırdı. O, rəqs akademiyasına başlamış və uzun illər dəstək rəqqası kimi çalışmışdır. Rəqqas işləyərkən və rəqs yarışmalarında iştirak edərkən Minho JYP Entertainment tərəfindən dinləmələrə dəvət edildi. O, uzun müddət şirkətdən xəbər olmadığı üçün imtahandan keçə bilməyəcəyini düşünüb və rəqqas olaraq həyatına davam edib. Bir neçə ay sonra JYP Entertainment Minho ilə əlaqə saxladı və onu şirkətə qoşulmağa dəvət etdi.O, bütün qrup üzvləri arasında ən qısa stajçı idi. 2017-ci ildə JYP Entertainment yeni oğlan qrupu yaratmaq üçün oyun şousu təşkil etdiyi müsabiqədə iştirak etdi.Əvvəlcə müsabiqəni uduzan Minho daha sonra yarışa yenidən dəvət edildi.O, indiki Stray Kids qrupu ilə müsabiqədə qalib gəldi.25 mart 2018-ci ildə, Minho Stray Kids-in "I am Not" albomunun buraxılması ilə rəsmi debüt etdi.
Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. == Həyatı == Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Mihay Bobocica
Mihay Bobocica (8 sentyabr 1986) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mihay Bobocica İtaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Mihay Bobocica İtaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. == Xarici keçidlər == Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
Minab şəhristanı
Minab şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Minab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 254,304 nəfər və 50,478 ailədən ibarət idi.
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. == Coğrafiya == Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Minas (Salmas)
Minas (Fars.: ميناس‎) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənd. == Haqqında == Minas şəhəri Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənddir. Bu kəndin əhali sayı 2006-cı ildə aparılan siyahıyaalınmaya görə, 137 ailə - 565 nəfərdən ibarətdir.
Minas Avetisyan
Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ – 23 fevral 1975, İrəvan) — Ermənistan-sovet rəssamı. == Bioqrafiya == Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi. Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi. Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi.
Bihaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Mihraç Akkuş
Mihraç Akkuş (türk. Mihraç Akkuş ; 1 iyun 2000) 60 kiloqram çəki dərəcəsində yarışan türk cüdoçudur. == Həyatı == Mihraç Akkuş 1 iyun 2000-ci ildə anadan olmuşdur. 7 uşaqlı ailənin dördüncü uşağıdır. Anası evdar qadındır, böyük qardaşı ilə Mihraç güləşlə məşğul olurlar. Mihraç Bülənt Əcəvit adına Bədən Tərbiyəsi Universitetində təhsil alır. === Karyera === Mihraç 2012-ci ildən cüdo ilə məşğul olmağa başladı. Karyerasının əvvəlində kadet kateqoriyasında çıxış etdi. 2015-ci ildə Klucda keçirilən Avropa Kubokunda bürünc medala layiq görülmüşdür. Bielsko-Biala mərhələsində yeddinci olmuşdur.