GÖTÜRÜBBƏ
GÖTÜRÜLMƏK
OBASTAN VİKİ
Komandanın götürülmə zamanı
komandanın götürülmə zamanı ( ing. instruction time (I-time) ~ ru. время выборки команды ~ tr. komut süresi) – komandanı yaddaşdan götürmək üçün mikroprosessora gərək olan taktların (kompüterin sistem saatının impulslarının) sayı. Komandanın götürülmə zamanı komanda dövrünün birinci yarısıdır, onun ikinci yarısı isə çalışdırma (translyasiya və icra) zamanıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Digər lüğətlərdə