Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir.
Göygöl və ya Bala Göygöl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.473 m |
Yerləşməsi | |
40°18′33″ şm. e. 45°53′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
|
|
Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır.[1] Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur. 1956-cı ildən su anbarına çevrilmişdir və suvarmada istifadə edilir. Sahilində meteoroloji stansiya var.[2]
Göl Azərbaycanın qərb hissəsində, Daşkəsən rayonunda, ölkənin paytaxtı Bakıdan 300 km qərbdə yerləşir. Göl dəniz səviyyəsindən 2473 metr yüksəklikdə yerləşir. 0,28 kvadrat kilometr ərazini əhatə edir. Ərazinin ən yüksək nöqtəsi 2842 metr yüksəkliyə malikdir və göldən 1,0 km cənubdadır. Şimaldan cənuba 0,7 km, şərqdən qərbə isə 1,1 km məsafəni əhatə edir.
Bala Göygölün ətrafındakı ərazi demək olar ki, otlaqlarla örtülmüşdür. Göl ətrafında hər kvadrat kilometrə təxminən 65 nəfər düşür. İqlimi kontinentaldır. Orta temperatur 3°C-dir. Ən isti ay avqustdur 16 °C, ən soyuq ay isə yanvardır −13°C-dir. Orta hesabla ildə 704 millimetr yağıntı düşür. Ən yağışlı ay 101 millimetr yağışla may ayı, ən quraq ay isə 21 millimetrlə avqustdur.
Göl tam olaraq Daşkəsən rayonunda yerləşsə də 1990-cı illərdən 2022-ci ilə qədər ermənilərin nəzarətində qalmışdır. 2022-ci il sentyabrın 12–14-dəki Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı Azərbaycan ordusu gölü və ətrafını işğaldan azad etmişdir.