Göygöl Dövlət Təbiət Qoruğu

Göygöl Dövlət Təbiət QoruğuAzərbaycanda yaranan ilk qoruq.

Göygöl Dövlət Təbiət Qoruğu
Göygöl Dövlət Təbiət Qoruğunda Göygöl gölü
Göygöl Dövlət Təbiət Qoruğunda Göygöl gölü
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi

12,755 ha (127.55 km2

)
Yaradılma tarixi 1925
İdarəetmə orqanı AETSN
Dağlar Kəpəz dağı, Murovdağ
Çay Yuxarı Ağsu
Göllər Göygöl gölü, Maralgöl
Florası Eldar şamı
Faunası Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq
Yerləşməsi
40°24′21″ şm. e. 46°19′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Göygöl
Yerləşməsi Kiçik Qafqaz
Yaxın şəhər Gəncə
Göygöl Dövlət Təbiət Qoruğu xəritədə
Göygöl Dövlət Təbiət Qoruğu
Göygöl Dövlət Təbiət Qoruğu
Göygöl Dövlət Təbiət Qoruğu xəritədə
Göygöl Dövlət Təbiət Qoruğu
Göygöl Dövlət Təbiət Qoruğu

1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Sahəsi 6739-ha-dır.Kiçik Qafqazın şimal-şərq yamacında, Xanlar rayonu ərazisində 1100–3065 m yüksəkliyində yerləşir. Qoruğun yaradılmasında məqsəd Kiçik Qafqazın ən gözəl guşələrindən biri olan Meşələrin subalp çəmənliklərinin və 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində yaranmış dağlar gözəli Göygöl, Maral göl, Qara göl, Ağ göl, Zəli göl və s. təbiət abidələrinin zənginliyi flora və fauna ehtiyatlarının qoruyub saxlamaqdır. Göygöl öz gözəlliyinə və təbii mənzərisinə görə dünyada dağ kölgələrinin şahı hesab olunur. Göygölün özü dəniz səviyyəsindən 1553 m hündürlükdə yerləşir. Kürün sağ qolu olan Kürəkçayın hövzəsində yerləşir. Sahəsi 80 ha, maksimal dərinliyi 93 m, suyunun həcmi 30 mln.m³ -ə yaxındır.[1]

Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Göygöl Dövlət Təbiət Qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ – meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlim əsas soyuq qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var. Qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi – Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara rast olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqaları mövcuddur. Elləroğlu dağ silsiləsində (hünd. 710 m) "Eldar şamı" qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda (sahəsi 392 ha – dır) Eldar şamı meşəliyi yerləşir. Bundan başqa həmin sahədə seyrək şam meşəliyi, eldar şamı, eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan – eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan – Zaqafqaziya qonur ayısı, faunadan – adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar.

Bu qoruq bir neçə dəfə (1950,1961-ci illərdə) ləğv edilmiş, statusu dəyişdirilmiş və 1965-ci ildə üçünci dəfə təşkil edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Onun ərazisi iki hissədən: Göygöl Dövlət Təbiət Qoruğundan və onun "Eldar şamı"filialından ibarətdir.

Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Bu qoruq bir neçə dəfə (1950,1961-ci illərdə) ləğv edilmiş, statusu dəyişdirilmiş və 1965-ci ildə üçünci dəfə təşkil edilmişdir. Onun ərazisi iki hissədən : Göy-Göl dövlət təbiət qoruğundan və onun "Eldar şamı"filialından ibarətdir.1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir.

Yaradılmasında məqsəd

[redaktə | mənbəni redaktə et]
  • Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
  • Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalp qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır.

Maraqlı məlumat

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının ərazisində Göygöl Milli Parkı yaradılmışdır.[2]
  • Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruq olmuşdur.

Relyefi və iqlimi

[redaktə | mənbəni redaktə et]
Göygöl dövlət təbiət qoruğunda bir şəlalə

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyillikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4–10 dərəcə arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600–900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. İqlim əsas soyuq qışı quru olur. Göygöl dövlət təbiət qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur.[3]

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və digərlərini göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin-Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı "Qırmızı kitab"a düşmüşdür. "Qırmızı kitab"da Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır. Qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi – Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara rast olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqaları mövcuddur.[4]

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ- meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100–2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və başqaları yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və digərlərini göstərmək olar. Meşəlikdə qonur dağ – meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var. Elləroğlu dağ silsiləsində (hünd. 710 m) "Eldar şamı" qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda (sahəsi 392 ha – dır) Eldar şamı meşəliyi yerləşir. Bundan başqa həmin sahədə seyrək şam meşəliyi, eldar şamı, eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan – eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan – Zaqafqaziya qonur ayısı, faunadan – adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar.[5]

Göygöl Dövlət Təbiət Qoruğunun Göygöl rayonunda mövqeyi
  1. Məzahir Təhməzov. Ensiklopedik məlumat. Topoinimlər fotoşəkillər xəritlər Bakı-2011
  2. İlham Əliyevin uğurlu ekoloji siyasəti. AR PREZİDENT KİTABXANASI, Bakı, "Şərq-Qərb", 2008.
  3. İbrahimov T. O., Şabandayeva A. D. "Göygöl Dövlət Qoruğu". Bakı, "Elm və təhsil", 2012. 184 səh.
  4. İbrahimov Tahir . Azərbaycanın qoruqları. Bakı 2015.
  5. İbrahimov Tahir . Ağgöl Dövlət Təbiət Qoruğu, Bakı 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]