Güdəyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür.
== Əhali ==
Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.