Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gədəbəy
Gədəbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhər inzibati ərazi dairəsində şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir. Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir. İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır. Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş Təsərrüfatı: kartof, kələm, Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Günəşli (Gədəbəy)
Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır. == Toponimikası == Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
Gədəbəy abidələri
== Tədqiqi == Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Gədəbəy bələdiyyələri
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gədəbəy bələdiyyəsi

Gədəbəy dəfinəsi
Gədəbəy dəfinəsi — 1956-cı ildə Gədəbəy rayonunun Xarxar kəndində tapılmış dəfinə. Təsərrüfat işləri zamanı aşkar edilmiş küpənin içərisində 139 gümüş sikkə, qadın bəzək əşyaları olmuşdur. Həmin ərazidə üzərində bitki və həndəsi naxışlarla bəzədilmiş iki gümüş nimçə də tapılmışdır. Sikkələr XVI əsrdə Səfəvi hökmdarı I Şah Təhmasibin adından Gəncə, Şamaxı, Təbriz, Ərciş, İrəvan, Van, Kaşan və Ərdəbildə zərb olunmuşdur. Sikkələrin çoxu eyni tiplidir. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Gədəbəy kilsəs
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Gədəbəy kilsəsi

Gədəbəy rayonu
Gədəbəy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Gədəbəy şəhəridir. == Tarixi == Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyası ərazisində ilk su-elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir.
Gədəbəy xalçaları
Gədəbəy xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 50 km qərbdə yerləşən Gədəbəy rayonunun adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Çaykən", "Gölkənd" və ya "Qaraqoyunlu" xalçaları da adlandırırlar. Gədəbəy xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == İstehsalı == Gədəbəy xalçaları Gəncədən 50 km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qaraqoyunlu" adlanırdı) kəndləri idi. Gədəbəydə həm də "Şamxor", "Çıraqlı", "Fəxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu. Qədim dövrlərdən Gədəbəy Gəncə tipli xalçaların toxunduğu ən böyük xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Gədəbəy rayonu heyvandarlığı (xüsusilə qoyunculuğun) inkişafı və yun alınması üçün çox əlverişli təbii şəraitə malikdir. Xalçaçılığı bu ərazilərdə yüksək inkişaf səviyyəsinə çatmasına da bu təbii şərait imkan yaratmışdır.
Gədəbəy xalçası

Gədəbəy yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Gədəbəy şəhəri
Gədəbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy şəhər inzibati ərazi dairəsində şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir. Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir. İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır. Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş Təsərrüfatı: kartof, kələm, Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar.
Gərgər (Gədəbəy)
Gərgər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gərgər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Coğrafiyası == Orta dağlıq qurşaqdadır. == Toponimikası == Kəndin adı XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2599 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacıalılar (Gədəbəy)
Hacıalılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hacıalılar oyk. Dağətəyi ərazidədir. Şəmkir r-nunun Çardaqlı i.ə.v.-də kənd. Hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələridir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 205 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacılar (Gədəbəy)
Hacılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Gədəbəy rayonunun Hacılar kəndi. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətqulu xan iranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlədilir. == Toponimikası == Hacılar oyk., sadə. Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir; Ağcabədi r-nunun Boyat i.ə.v.-də kənd.
Heydərli (Gədəbəy)
Heydərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında həmin r-nun ərazisindəki Dikdaş kəndindən köçüb gəlmiş heydərli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 460 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kilsəli (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kollu (Gədəbəy)
Kollu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şınıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Göyəlli kənd ərazi vahidinin Kollu kəndi Şınıx kənd ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndi XIX əsrdə Qazax mahalının Dəmirçilər kəndindən gəlmiş Mahmud adlı şəxs kolluq sahədə saldığı üçün belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. Kəndin şimal-qərbində isə Mahmudun yeri adlı sahə var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Köhnəkənd (Gədəbəy)
Köhnəkənd (əvvəlki adı: Qaraqoyunlu) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Köhnəkənd kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Qaraqoyunlu olmuşdur. Yaşayış məntəqəsi qədim Göyçə mahalının yanında yerləşən Qaraqoyunlu mahalından ermənilərin zorla didərgin saldığı azərbaycanlı ailələr tərəfindən salınmışdır. 1919-cu ildə yaxınlığındakı Yenikənd kəndi bina edildikdən sonra bu kənd Köhnəkənd adı ilə tanınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 572 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Köhnəqışlaq (Gədəbəy)
Köhnəqışlaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Köhnəqışlaq oyk. Yaşayış məntəqəsi XIX əsrdə İnəkboğan kəndindən ayrılmış ailələr tərəfindən Köhnə qışlaq adlı yerdə salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 756 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kərimli (Gədəbəy)
Kərimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağlıq ərazidədir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 285 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kəsəmən (Gədəbəy)
Kəsəmən — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kəsəmən oyk. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) Şm. yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Qazax r-nunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Samux r-nunun Poylu i.ə.v.də kənd. Qabırrı (İori) çayının sahilində, düzənlikdədir. Oykonimlər kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü.
Maarif (Gədəbəy)
Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Miskinli (Gədəbəy)
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir. Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır. Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.