Gülxatun məscidi
Gülxatun məscidi — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir.
== Tarixi ==
Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır.
== Tikili ==
Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 50-60 metr aralıdadır.