HÜCCƏ
HÜCÜRA(Ə)T
OBASTAN VİKİ
Məxfi hücrə sistemi
Məxfi hücrə sistemi dirəniş hərəkatı döyüşçüləri, sliper agentlər yaxud terrorçuları elə bir formada təşkilatlandırmaq üçün istifadə edilən metoddur ki, qarşı cəbhənin (məsələn, hüquq mühafizə orqanları kimi) basqısına effektiv formada müqavimət göstərmək mümkün olsun. Hücrə sistemində hücrədəki hər bir kiçik qrup yalnız hücrədəki insanları tanıyır ki, qrup üzvü tutulduqda və sorğu-sual edildikdə təşkilatın yüksək rütbəli üzvlərinin şəxsiyyəti haqqında heç bir məlumata malik olmur. Bu hal üzvün özündən yüksək rütbəliləri tanımasına və onlarla əlaqə saxlamasına qədər davam edir. Qrupun fəlsəfəsindən, onun fəaliyyət göstərdiyi ərazidən, mövcud kommunikasiya vasitələrindən və missiyanın təbiətindən asılı olaraq, təşkilat ciddi iyerarxiyadan olduqca bölünmüş formada ola bilər. Bu metod həmçinin kriminal təşkilatlar, gizli əməliyyatçılar və xüsusi qüvvələr tərəfindən idarə olunan qeyri-ənənəvi müharibə birlikləri tərəfindən də istifadə olunur. Tarixən, məxfi təşkilatlar elektron kommunikasiyanı rədd etmişlər, çünki e-kəşfiyyat ənənəvi orduların və əks-kəşfiyyatçı təşkilatların gücü deməkdir[mənbə göstərin]. Treydkraft, gizli əməliyyat və məxfi əməliyyat kontekst baxımından eyni mənaları ifadə etmir. Gizli əməliyyatda zəmanətçinin kimliyi gizli qaldığı halda, məxfi əməliyyatda əməliyyatın özü məxfi qalır. Ən azından nəyinsə və yaxud kiminsə mövcud olduğu bilinəcəyi dərəcəyə qədər ən azı iki nəfər tərəfindən gizlədilə bilsin. Başqa sözlə, məxfi "gizlədilmiş", gizli isə "inkar edilən" mənalarına gəlir.
Ləyaqət hücrəsi (film, 2011)
Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi. == Məzmun == Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir. Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İlham Rəhimli Quruluşçu rejissor: Tariyel Vəliyev Quruluşçu operator: Mətləb Yaqubov Rəssam: Rafael Əsədov Səs rejissoru: Ceyhun Ağayev Montaj: Yaqub Həsənov Assistentlər: Elnurə Kazımova, Gülnarə İlham, Mikayıl Əjdəroğlu, İsfəndiyar Nağıyev, Elşən Rafiqoğlu, Əliabbas Qasımov Geyim ustası: Reyhan Əliyeva İnzibatçı: Məlahət Əhməd Mətni oxuyanlar: Laləzar Mustafayeva, Elşən Rüstəmov Direktor: Sahib Heybətov === Rollarda === İlyas Əfəndiyev Timuçin Əfəndiyev Mətanət Atakişiyeva Elnur Hüseynov == İstinadlar == == Mənbə == Vahid, T. "Ləyaqət hücrəsi": [AzTV-də rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən eyniadlı sənədli televiziya filminin təqdimatı] //Mədəniyyət.- 2012.- 4 aprel.- S. 5.

Значение слова в других словарях